Yaradıcılıq, texnologiya startap sahələri üzrə gündəmdə olan xəbərləri buradan izləyə bilərsiniz. Bu günün xəbərləri ilə qarşınızdayıq, xoş oxumalar!

"iPhone 16 Pro"nun qutu açılışı videosu paylaşılıb

"iPhone 16 Pro" qutusu əvvəlki modellərlə oxşar quruluşa malik olduğundan qutunun açılış hissəsində təəccüblü bir detal yoxdur. Bununla belə, "Apple" stikerləri yeni "iPhone"ların qutusuna daxil edilməyib.

"OpenAI o1-mini" hər kəs üçün əlçatan olub

openai chatgpt o1 mini

Keçən həftə "OpenAI o1" və daha kiçik versiyası olan "OpenAI o1-mini" təqdim olundu. Şirkət "Plus" və "Team" abunəçilərinin bu modellərə dərhal, "Enterprise" və "Edu" abunəçilərinin isə bu həftə giriş əldə edəcəyini açıqlamışdı. Bununla belə, hazırda premium hesabı olmayan istifadəçilər də "o1-mini" əldə edə bilərlər.

"Xiaomi 15" seriyasının qiyməti sızdırılıb

Xiaomi 15 Ultra to Debut with New 7X Periscope Camera and Snapdragon 8 Gen  4 Chipset

Oktyabrın dördüncü həftəsində təqdim edilməsi gözlənilən "Xiaomi 15""Xiaomi 15 Pro" modellərinin bir çox xüsusiyyətləri indiyə qədər ortaya çıxsa da, bu dəfə qiyməti sızdırılıb. İddialara görə, "Xiaomi 15" təxminən 650 dollara satışa çıxarılacaq, Pro modelinin başlanğıc qiyməti isə təxminən 775 dollar olacaq.

Yeni "DJI Air 3S" dron modeli gəlir

djiin-en-yeni-air-3s-modeli-batarya-detaylari

Qarşıdan gələn modelin ən diqqət çəkən xüsusiyyəti əvvəlki modellərlə müqayisədə daha böyük batareyaya sahib olmasıdır. Başqa sözlə, bu model dron istifadəçilərinə daha uzun uçuş müddəti təklif edəcək. Yeni sensorlar kamera texnologiyaları ilə daha keyfiyyətli şəkillər həm həvəskar, həm də peşəkar istifadəçilər üçün əlçatan olacaq.

Əmək müqavilələrinin elektron sənəd formasına keçirilmə mərhələləri müəyyənləşib 

Health: 5 essential guidelines while working on Computer - Dynamite News

Nazirlər Kabineti işəgötürənlər tərəfindən əmək müqavilələrinin elektron sənəd formasına keçirilməsi mərhələlərini müəyyən edib. Qeyd edək ki, bu barədə Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Posted 
Sep 18, 2024
 in 
Daily
 category

Daha çox

Daily

 kateqoriyasından

View All