Yaradıcılıq, texnologiya və startap sahələri üzrə gündəmdə olan xəbərləri buradan izləyə bilərsiniz. Bu günün xəbərləri ilə qarşınızdayıq, xoş oxumalar!
GTA 6 Netflix-ə gələ bilər
Netflix bir müddətdir ki, Games adı altında oyun xidmətini genişləndirməklə məşğuldur. Wall Street Journal-ın yeni xəbərinə görə, Netflix öz platformasında Grand Theft Auto oyununu yayınlamaq üçün Take-Two ilə danışıqlar aparır. Təfərrüatlar hələ bilinməsə də, Netflix-in yeni bir oyun hazırlamaq əvəzinə daha əvvəl yayımlanan GTA oyunlarından birini almaq istədiyi bildirilib. Netflix əvvəlki açıqlamalarında oyun sayını böyük ölçüdə artırmaq istədiyini bildirmişdi. Hesabatda Squid Game kimi məşhur istehsallardan əlavə Extraction, Sherlock Holmes və Black Mirror kimi mobil oyunların da hazırlandığı bildirilib.
Xiaomi MIUI əməliyyat sistemini HyperOS ilə əvəzləyəcək
Xiaomi şirkəti HyperOS adlı yeni əməliyyat sistemini işə saldığını açıqlayıb. Yeni əməliyyat sistemi qarşıdan gələn Xiaomi 14 seriyasında buraxılacaq və nəticədə Xiaomi-nin hazırkı Android əsaslı əməliyyat sistemi MIUI-ni əvəz edəcək. Şirkət bildirib ki, yeni əməliyyat sistemi istifadəçilərin cihazlarını bir yerdən idarə etməsini asanlaşdıracaq.
Kompüterlər artıq cib ölçüsündədir
Fransanın Bleu Jour şirkəti dünyanın ən kiçik stolüstü kompüteri olan KUBB mini kompüterini təqdim edib. Tamamilə səssiz olduğu deyilən bu cihaz 16 GB-a qədər LPDDR5 RAM və 1 TB-a qədər NVMe yaddaşa sahibdir. Yeni KUBB mini avqust ayında sınaqdan keçirilib. İndi o, ən son prototipini istehsal etmək üçün 52.000 dollardan çox pul toplamağı hədəfləyir.
Beynəlxalq Astronavtika Konqresi 2026-da Türkiyədə keçiriləcək
Bu il Bakıda keçirilən Beynəlxalq Astronavtika Konqresinə (IAC-a) 2026-cı ildə Türkiyə ev sahibliyi edəcək. IAC 2026-da Türkiyənin seçilməsi üçün SAHA Milli Kosmik Sənaye Komitəsi müraciət edib. Qlobal kosmik qurumların və şirkətlərin bir araya gələcəyi bu konqres Türkiyənin kosmos sektorundakı mövqeyini əhəmiyyətli dərəcədə dəyişə bilər.
LinkedIn 668 işçisi ilə yollarını ayırır
Kütləvi ixtisarlar gündəmə gəlməkdə davam edir. Keçən may ayında 716 işçi ilə yollarını ayıran platforma bu dəfə 668 işçini ixtisar edir. Bildirilib ki, şirkət belə bir qərar almaqla yeni dövrdə xərcləri ciddi şəkildə azaltmağı hədəfləyir.