Yaradıcılıq, texnologiya startap sahələri üzrə gündəmdə olan xəbərləri buradan izləyə bilərsiniz. Bu günün xəbərləri ilə qarşınızdayıq, xoş oxumalar!

Azərbaycan Özbəkistanla investisiya sahəsində əməkdaşlığı genişləndirir

Azərbaycanla Özbəkistan arasında investisiya sahəsində əməkdaşlığın genişləndirilməsi müzakirə edilib. Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib. Nazir deyib ki, Özbəkistana işgüzar səfəri zamanı bu ölkənin investisiyalar, sənaye və ticarət naziri Ləziz Kudratov ilə keçirilmiş görüşdə ikitərəfli iqtisadi tərəfdaşlığın gündəliyindəki məsələlər nəzərdən keçirilib.

“Gündəlikdə biznes subyektlərinin işbirliyinin təşviqi üçün yeni imkanların araşdırılması, ticarət-iqtisadi və investisiya əməkdaşlığının genişləndirilməsi haqqında Yol Xəritəsinin icrası, energetika sahəsində birgə fəaliyyətin perspektivləri olub”.

Elon Musk-ın qovduğu işçi "Meta"da işə başlayıb 

2022-ci ildə ofisdə yatarkən çəkilmiş fotosu yayılan "Twitter"in keçmiş əməkdaşı Esther Crawford "X"in ən böyük rəqiblərindən biri olan "Meta"ya qoşulub. Qeyd edək ki, o, "Meta"da "Messenger" üçün məhsul direktoru vəzifəsində işləməyə başlayıb.

Esther Crawford görəcəyi işdən həyəcanlı olduğunu bildirib və şirkəti bu qədər cəlbedici edən amillərin vurğulayıb. Esther Crawford həmçinin Metanın qeyri-adi yüksək keyfiyyətli insanlara sahib olduğunu və Zuckerberg-in baxış bucağına və gücünə heyran olduğunu qeyd edib.

Gələn il Azərbaycanda internetin sürəti 50 Mbit/s-yə çatacaq

What is the Internet? Reviewing the Basics | Simplilearn

Azərbaycanın telekommunikasiya və poçt xidmətləri üzrə tənzimləyici qurumu İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyində (İKTA) bir sıra internet provayderləri ilə görüş keçirilib. Giriş sözü ilə çıxış edən İKTA sədri vəzifəsini icra edən Nail Mərdanov bildirib ki, örüşün məqsədi Azərbaycanın dünyada internetin sürətinə görə reytinqinin yüksəlməsi üçün xidmət keyfiyyətinin artırılması istiqamətində görüləcək işlərin müzakirəsi və istehlakçı şikayətlərinin azalmasının təmin olunması olub.

 Natiq bildirib ki, Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsində ölkəmizdə sabit genişzolaqlı şəbəkədə bir istifadəçinin internetdən orta istifadə sürətinin 2025-ci ildə 50 Mbit/s-ə, 2025-ci ildən sonra isə inkişaf etmiş ölkələr səviyyəsinə çatdırılması hədəf indikatoru olaraq müəyyən edilib.

Beləliklə, bu hədəfə çatmaq məqsədilə operator və provayderlərin təqdim etdikləri internet xidmətlərinin sürətlərinin artırılması üçün tədbirlərin görülməsinə dair tövsiyələr verilib. Qeyd olunub ki, optik şəbəkə və eləcə də operator və provayderlərin istifadə etdikləri texniki vasitələr sürət artımına tam olaraq uyğundurlar. Sürət artımının pilot olaraq sınaqdan çıxarılması, nəticələrin İKTA ilə təkrar müzakirə edilməsi təklif olunub.

Görüşdə çıxış edən internet provayderlərin nümayəndələri son zamanlar daşınma xərclərinin, avadanlıqların dəyərinin və infrastruktur qiymətlərinin artırılmasının xərclərin də artmasına səbəb olduğunu qeyd ediblər.

Sürət artımının qiymət artımına təsir etməsi ehtimalının obyektiv araşdırılması məqsədilə operator və provayderlər tərəfindən internet xidmətlərinin tariflərinin necə formalaşması barədə Agentliyə məlumat verilməsi də müzakirə olunub.

Kimin üzünü görmək istəməzdin? Google Photos-a yeni xüsusiyyət gəlir

İnsanlara münasibətimiz zamanla dəyişir. Bir müddət sizin üçün çox dəyərli olan biri, zamanla heç vaxt görmək istəmədiyiniz birinə çevrilə bilir. Belə ki, Google Photos-a gələcək yeni xüsusiyyət ilə istifadəçilər görmək istəmədikləri şəxsi “Hide faces from memories" seçiminə klikləyərək yaddaşlardan silə biləcəklər. Bu seçimdən də anlaşıldığı kimi, gizlətdiyiniz şəxs xatirələr bölməsində sizə göstərilməyəcək, ancaq foto arxivdə onu görə biləcəksiniz.

NASA Ay tozu ilə bağlı problemləri həll etməyi planlaşdırır

A electrodynamic dust shield device is centered in this photo with a blue wire in the background.

Ay tozu incə və iti quruluşuna görə astronavtlar və kosmik gəmilər üçün əhəmiyyətli problem yaradır. Buna görə də NASA Ay tozu ilə bağlı problemləri həll etmək üçün Elektrodinamik Toz Qalxanı (EDS) texnologiyasını sınaqdan keçirməyi planlaşdırır. NASA-nın bu yeni qurğusu elektrik sahələrindən istifadə edərək səthdən toz çıxarmağı hədəfləyir.

Posted 
May 1, 2024
 in 
Daily
 category

Daha çox

Daily

 kateqoriyasından

View All