Yaradıcılıq, texnologiya startap sahələri üzrə gündəmdə olan xəbərləri buradan izləyə bilərsiniz. Bu günün xəbərləri ilə qarşınızdayıq, xoş oxumalar!

COP29 Bakı Olimpiya Stadionunda keçiriləcək

Azerbaijan speeds up the green transition by hosting the COP29 UN Climate  Change Conference

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Bakı Olimpiya Stadionunda keçirilməsinin səbəbi açıqlanıb.

Bu barədə COP29-un Əməliyyat Şirkətinin İdarə Heyətinin sədri və Əməliyyatlar üzrə baş icraçı direktoru Nərmin Carçalova COP29-un baş qərargahında keçirilən ilk mətbuat konfransında deyib. Onun sözlərinə görə, iştirakçı sayına və miqyasına görə COP29 Azərbaycanın ev sahibliyi edəcəyi ən böyük tədbir olacaq:

"Bu qərar BMT (UNFCCC) ilə məsləhətləşmələr və əvvəlki COP tədbirlərinin təcrübəsi nəzərə alınaraq qəbul edilib".

N.Carçalova bildirib ki, COP29 zamanı təşkil olunacaq Göy və Yaşıl zonaların stadion ərazisində kompakt şəkildə yer alması və ətraf mühitə mümkün mənfi təsirini minimuma endirmək məqsədilə ərazinin planı BMT-nin təşkilat komandası ilə koordinasiyalı şəkildə hazırlanır.

Qeyd edək ki, COP29 bu ilin noyabrında keçiriləcək.

“Onlayn Azərbaycan” layihəsi son sürətlə davam edir

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən həyata keçirilən “Onlayn Azərbaycan” layihəsi çərçivəsində 2024-cü ilin ilk üç ayı ərzində Azərbaycanda 251 min ev təsərrüfatı və biznes subyektinin genişzolaqlı internetə çıxış imkanı yaradılıb. Ümumilikdə isə 2,16 milyona yaxın təsərrüfat genişzolaqlı internetlə əhatə olunub. Bu, ölkədə mövcud ev təsərrüfatı və biznes subyektlərinin 74%-ni təşkil edir.

"Azərbaycan Kredit Bürosu" yeni xidmətini istifadəyə verib

Azərbaycan Kredit Bürosu" ötən il 119 milyona yaxın sorğu qəbul edib

"Azərbaycan Kredit Bürosu" MMC (Büro) yeni skorinq xidmətini - "FinScore”u tərəfdaşlarının istifadəsinə təqdim edib.

Skorinq statistik metodlara əsaslanan, borcalanların krediti ödəmə qabiliyyətinin və maliyyə intizamının müəyyən edilməsinə dəstək olmaqla maliyyə inklüzivliyinin artırılmasına töhfə vermək məqsədilə Büro tərəfindən istifadəyə verilmiş xüsusi riyazi-statistik modeldir. Yeni xidmətdən istifadə zamanı tərəfdaşlar şəxsin cari skoru ilə yanaşı, skorun formalaşmasına ən çox təsir edən 4 əsas meyarı, habelə şəxsin son 12 aylıq skor tarixçəsini də əldə edəcəklər.

Xidmət Türkiyənin Kredi Kayıt Bürosu (KKB) ilə birgə əməkdaşlıq şəraitində hazırlanıb. Bu zaman Büronun tərəfdaşları olan bankların, bank olmayan kredit təşkilatlarının, nisyə mal alqı-satqısı həyata keçirən təşkilatların və Büronun digər tərəfdaşlarının sahə üzrə nümayəndələri də prosesə cəlb olunub, bir sıra görüşlər keçirilib, onların müvafiq istiqamətdə rəy və təklifləri əldə edilərək layihənin icrasında istifadə edilib. Yeni modelin proqnozlaşdırma gücü kifayət qədər yüksəkdir (Gini əmsalı - 72,2). Beynəlxalq təcrübədə kredit büro skorlarında 70+ Gini əmsalı ən yüksək göstərici hesab edilir.

Yeni xidmət "Findoc" portalı vasitəsilə vətəndaşların da istifadəsinə təqdim edilib. Hər bir vətəndaş müvafiq portaldan qeydiyyatdan keçərək öz kredit tarixçəsini və skor hesabatını ildə iki dəfə tam ödənişsiz əldə edə bilər. Portal real-vaxt rejimində, 7/24 əsaslarla fəaliyyət göstərir.

Hazırda "Findoc" portalında qeydiyyatdan keçmiş şəxslərin sayı 70 mindən çoxdur. Findoc portalından məsafədən qeydiyyatdan keçmək üçün https://findoc.az/ linkindən istifadə edilir.

“Instagram”ın axtarış çubuğuna AI dəstəyi gəlir

WhatsApp istifadəçilərinin Hindistan başda olmaqla bir çox ölkədə test etməyə başladığı Meta AI çatbotu həm süni intellektlə söhbət etmək, həm də yeni məzmun kəşf etmək üçün Instagram axtarış çubuğuna da əlavə olunacaq. Axtarış bölməsinə gələcək süni intellekt sayəsində istifadəçilər yeni məzmun kəşf etməkdə üstünlük əldə edə biləcəklər.

Perplexity AI-nin baş direktoru, həmçinin ortaya çıxan Meta AI çatbotunun dizaynını öz süni intellekt alətlərinə bənzədib.

Ölkəmiz 2030-cu ilə qədər bərpaolunan enerjinin payını 30 %-ə çatdıracaq

COP29-un Bakı Olimpiya Stadionunda keçirilməsinin səbəbi açıqlanıb

Azərbaycan 2030-cu ilə qədər elektrik enerjisinin qoyuluş gücündə bərpaolunan enerjinin payının 30 %-ə çatdırılmasını hədəf kimi müəyyənləşdirib. Bunu Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) müəyyən olunmuş Prezidenti Muxtar Babayev COP29-un baş qərargahında keçirilən mətbuat konfransında qeyd edib.

O xatırladıb ki, Azərbaycan baza ili (1990) ilə müqayisədə 2030-cu ilə qədər istilik effekti yaradan qaz emissiyalarını 35 %, 2050-ci ilə qədər isə 40 % azaltmağı hədəfləyib. Nazir bununla bağlı işlərin uğurla davam etdiyini vurğulayıb.

Posted 
Apr 15, 2024
 in 
Daily
 category

Daha çox

Daily

 kateqoriyasından

View All