ead & Shoulders markasının apardığı araşdırmanın nəticəsinə görə hər on yapon kişisinin dördü kəpək problemindən əziyyət çəkir. Bu səbəblə onlar təmizkar, gigiyenik hesab edilmədiklərinə görə narahatdırlar.
Ölkədəki kəpək problemini görən Head & Shoulders Yaponiya bazarındakı ilk kampaniyasını həyata keçirib. Macəra dolu bir animasiya filmi ilə bu problem üçün ən doğru seçim olduğunu nümayiş etdirmək istəyib.
Bir tərəfin qaçaraq digər tərəfi tutmağa çalışdığı reklam çarxında yapon mədəniyyəti də istifadə edilərək fantastik bir kainat nümayiş etdirilib.
Forsman & Bodenfors Singapore imzalı The Chase adlı animasyon reklam çarxında baş rolda dedektiv Takashidən qaçmağa çalışan Ando adlı bir cəsus iştirak edir. Bütün dünyada baş tutan bu qaçdı-qovdu hekayəsində Ando heç cür Takashidən qurtula bilmir. Hara getsə də o, Andonun izini tapır. Sonda isə bunun səbəbinin Andonun saçında olan kəpəklərdən qaynaqlandığı ortaya çıxır.
Reklam filmi yayımlandıqdan sonra marka Twitter üzərindən də hərəkətə keçdi. Belə ki, baş rol qəhrəmanı Ando bu məcrada yapon kişilərinə məsləhətlər verir və kəpəklə bağlı gələn sualları cavablandırır.
Wizz animasiya studiyasının yaratdığı reklam çarxının rejissoru CRCR-dir. Filmdə 2B animasiya və real 3D fon elementləri istifadə edilib.