Yaradıcılıq, texnologiya və startap sahələri üzrə gündəmdə olan xəbərləri buradan izləyə bilərsiniz. Bu günün xəbərləri ilə qarşınızdayıq, xoş oxumalar!
Bakı-Sumqayıt elektrik qatarları ilə ötən gün rekord sayda sərnişin daşınıb
Yeni tədris ilinin ilk günündə Abşeron dairəvi dəmir yolu ilə hərəkət edən elektrik qatarları ilə rekord sayda səfər qeydə alınıb. Məlumata görə, ötən gün Bakı-Xırdalan-Sumqayıt-Bakı və Bakı-Pirşağı-Sumqayıt-Bakı marşrutları ilə 37 minə yaxın sərnişin mənzilbaşına çatdırılıb.
"Apple Music" iOS 18 ilə tamamilə yeni bir xüsusiyyət əldə edib
"Apple" iOS 18 yeniləməsi ilə "Apple Music" üçün "haptics" rəy funksiyasını təqdim edib. Şirkət bu xüsusiyyət üçün 4 xüsusi pleylist hazırlayıb: "Haptics Beats", "Haptics Bass", "Haptics Vibrations" və "Haptics Hits". Onların hər biri fərqli toxunma təcrübəsi təqdim edir ki, bu da sizə nəinki musiqiyə qulaq asmağa, həm də onu fiziki olaraq hiss etməyə imkan verir.
"BakuBus" xəttə çıxardığı avtobusların sayını 20 % artırıb
"BakuBus" MMC yeni tədris ilinin başlaması ilə əlaqədar artan sərnişin tələbatını qarşılamaq, səfərləri rahat və təhlükəsiz təşkil etmək üçün gücləndirilmiş iş rejiminə keçib. "Bu çərçivədə xəttə çıxan avtobuslarımızın sayı 20 % artırılıb", - deyə məlumatda qeyd olunub.
"WhatsApp" status yeniləmələri üçün yeni funksiya təqdim edib
"WABetaInfo"nun məlumatına görə, bu yeni funksiya "WhatsApp"ın 2.24.20.3 beta versiyasında sınaqdan keçirilir. Funksiyadan istifadə olduqca sadədir: Foto və ya video paylaşarkən təsvir panelinin yanındakı “@” işarəsinə klikləməklə istədiyiniz şəxsi status yeniləməsinə əlavə edə bilərsiniz.
"Amazon" işçilərini ofisə geri çağırır
Baş direktor Andy Jassy işçilərə yazdığı məktubda mövzu ilə bağlı tələbini açıqlayıb. 2025-ci ilin yanvarında qüvvəyə minəcək yeni qərar işçilərin istisnalar olmaqla həftənin beş günü ofisdən işləməsini tələb edəcək.