Yaradıcılıq, texnologiya startap sahələri üzrə gündəmdə olan xəbərləri buradan izləyə bilərsiniz. Bu günün xəbərləri ilə qarşınızdayıq, xoş oxumalar!

Azərbaycanda rəqəmsal sənəd dövriyyəsi alt sisteminə 1000-dən çox şirkət qoşulub

Hazırda Azərbaycanda rəqəmsal sənəd dövriyyəsi alt sisteminə mindən çox şirkət qoşulub. Bu barədə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov "Kağızsız Hökumət: rəqəmsallaşma və ətraf Mühitə Təsiri" tədbirində qeyd edib.

Onun sözlərinə görə, ay ərzində 500 mindən çox sənəd rəqəmsal emaldan keçir:

"Bu isə hər il 2 min ağaca bərabərdir. Bu da bizim ekoloji vəziyyətə verdiyimiz töhfədir. Rəqəmsal sənəd dövriyyəsi çox vacibdir. Rəqəmsal dövriyyə sənədləri təhlükəsizdir və eyni zamanda kağızdan istifadənin azaldır".

"Volkswagen" səsli köməkçisi "IDA"ya "ChatGPT" inteqrasiyası gətirir

vw chatgpt akıllı asistan

"Volkswagen" yeni avtomobil daxili səs köməkçisi "IDA"nı "ChatGPT" və digər bulud əsaslı modellərlə gücləndirdiyini açıqladı. Sentyabrın 6-dan etibarən bu funksiya 2025 model Jetta, Jetta GLI və 2024 model ID.4-ün 82 kVt/saat batareya versiyasında mövcud olacaq.

Digər "Volkswagen" modelləri də ilin sonuna qədər bu xüsusiyyətdən yararlana biləcək. Sürücülər "VW"nin AI xidmətli "Plus Speech" xidmətinə abunə olmaqla "ChatGPT" dəstəyinə çıxış əldə edəcəklər. Bu funksiya 2025-ci il model avtomobillərin əksəriyyətində təklif olunacaq, lakin ID.4 və ID Buzz üç il ərzində, GTI, Golf R və Tiguan isə xidmətdən bir dəfə pulsuz yararlana biləcəklər.

"Sony" zəif satışdan sonra "Concord"un serverlərini bağlayır

Concord illustration

"Sony" bu yaxınlarda satışa çıxardığı “Concord” oyununu sentyabrın 6-da oflayn vəziyyətə gətirəcək. Qeyd edək ki, avqustun 23-də yalnız PS5 və PC-də debüt edən oyun "Steam"də cəmi 697 oyunçuya çata bilmişdi.

"PlayStation" bloq yazısında "Concord" oyun direktoru Ryan Ellis satışların dərhal dayandırılacağını və oyunu alan bütün oyunçulara tam geri qaytarılacağını açıqlayıb.

"Apple" bütün "iPhone" modellərini OLED ekranlara köçürür   

Here's what I love about the iPhone 15 Pro after a month | Digital Trends

"Apple" bütün "iPhone" modellərində OLED ekranlara keçməyi planlaşdırır. Standard və Pro seriyalarında OLED istifadə etməyə başlayan şirkət, nəhayət iPhone SE-ni LCD-dən OLED-ə keçirəcək və bütün iPhone-larını bu texnologiya ilə təmin edəcək.

"Nikkei"nin hesabatına görə, 2024-cü ildən etibarən "Apple" bütün "iPhone" modellərində, o cümlədən daha sərfəli iPhone SE 4-də OLED ekranlardan istifadə edəcək. Bu dəyişiklik iPhone-larda LCD-lərin istifadəsinin sona çatdığını göstərir. OLED displeylərə keçməklə, "Apple", həmçinin illərdir LCD panelləri aldığı "Japan Display" və "Sharp" şirkətləri ilə əməkdaşlıqlarını dayandıracaq.

Hazırda "Apple"ın OLED displey sifarişlərinin yarısı "Samsung Electronics" tərəfindən qarşılanır, qalan hissəsi isə "LG Display" və Çinin "BOE" şirkətləri tərəfindən həyata keçirilir.

"Huawei"nin üç qatlanan telefonun adı məlum olub

"Huawei"nin maraqla gözlənilən yeni smartfonunun adının "Mate XT" olacağı ortaya çıxıb. Sentyabrın 10-da təqdim ediləcək "Huawei Mate XT" xüsusilə video qeyd və böyütmə xüsusiyyətləri ilə diqqət çəkəcək. Qeyd edək ki, bu tarixdən bir gün əvvəl "Apple" "iPhone 16" seriyasını da təqdim edəcək.

Yeni cihaz xüsusilə oyun oynamaq, video izləmək və eyni anda birdən çox proqramdan istifadə kimi təcrübələrdə istifadəçilərə üstünlüklər təqdim edəcək.

Posted 
Sep 4, 2024
 in 
Daily
 category

Daha çox

Daily

 kateqoriyasından

View All