Yaradıcılıq, texnologiya startap sahələri üzrə gündəmdə olan xəbərləri buradan izləyə bilərsiniz. Bu günün xəbərləri ilə qarşınızdayıq, xoş oxumalar!

Azərbaycan COP29 ilə əlaqədar elektron viza portalını istifadəyə verib

Azərbaycan COP29 ilə əlaqədar elektron viza portalını istifadəyə verib - YENİLƏNİB

COP29 iştirakçılarının viza müraciəti prosesini sadələşdirərək onların Bakıya səfərlərinin rahat və səmərəli şəkildə təmin edilməsi məqsədilə COP29 xüsusi vizasının əldə edilməsi üzrə müvafiq portal istifadəyə verilib. Portal 24/7 rejimdə dəstək və tam elektron, kağız sənədsiz viza prosesini təklif edir.

Bu barədə "Report"a COP29 Azərbaycan Əməliyyat Şirkətinin Mətbuat xidmətindən məlumat verilib.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə birgə “ASAN Viza” portalının COP29-la bağlı xüsusi viza müraciəti modulu www.evisa.gov.az/cop29, yaradılıb. Dünyanın 200-ə yaxın ölkəsindən on minlərlə iştirakçının COP29-a qatılacağı nəzərə alınaraq portal ingilis, alman, fransız, ispan, ivrit, italyan, rus, ərəb, fars, Çin və Koreya dillərində fəaliyyət göstərir.

Qeyd edək ki, www.evisa.gov.az/cop29 portalı vasitəsilə COP29 xüsusi vizası əldə etmək istəyən rəsmilər, nümayəndə heyətləri və digər qonaqların öncə UNFCCC-nin onlayn qeydiyyat sistemi vasitəsilə qeydiyyatdan keçmələri tələb olunur. COP29 xüsusi vizası müraciət ərizələrinin tamamlanmasından sonra 3 iş günü ərzində ödənişsiz şəkildə əldə edilə bilər.

COP29 xüsusi vizasının əldə olunması qaydaları ilə elektron təlimat və məlumatlandırıcı videoçarx vasitəsilə tanış olmaq mümkündür.

"Boeing Starliner"  Yerə "boş" qayıdacaq

Boeing's 1st crewed Starliner to return to Earth without astronauts on  Sept. 6 | Space

"Boeing"in problemli "Starliner" kosmik gəmisi Beynəlxalq Kosmik Stansiyadan boş halda qayıdacaq. NASA daha əvvəl bildirmişdi ki, "Starliner" fövqəladə hallarda astronavtların daşınması üçün istifadə edilə bilər. Lakin mümkün risklərin qarşısını almaq üçün "Starliner"in ekipajsız geri dönməsi qərara alınıb.

Kapsulla geri dönmələri planlaşdırılan Butch Wilmore və Suni Williams isə geri dönmək üçün 2025-ci ilə qədər gözləyəcəklər.

"OpenAI"ın pullu versiyasından istifadə edənlərin sayı 1 milyona çatıb

Who Owns ChatGPT and Its Creator, OpenAI?

"OpenAI" aprel ayında ödənişli istifadəçilərin sayını 600 min olaraq açıqlamışdı. O vaxtdan bəri şirkətin "ChatGPT Enterprise", "Team" və "Edu" platformalarından istifadə edənlərin sayı 400 mindən çox artıb və şirkət 1 milyon istifadəçiyə çatıb. 200 milyondan çox istifadəçinin isə "ChatGPT"dən pulsuz istifadə etdiyi qeyd olunub.

"Lenovo" hərəkət edən ekrana malik noutbuk konseptini təqdim etdi

An open and powered-on laptop with the display twisted on its center hinge at an angle.

"Lenovo" ekranını hərəkət etdirə bilən noutbuk konseptini təqdim edib. "IFA 2024" sərgisində nümayiş etdirilən "Lenovo Auto Twist AI PC" 360 dərəcə hərəkət azadlığı ilə ekran hissəsini hərəkət etdirə bilər. Belə ki, konsept noutbuk sensor ekranını qarşısındakı şəxsə doğru çevirə, səsli əmrlə planşet rejiminə avtomatik keçə bilər.

Kiçik ölçülü "DJI Neo" adlı dron təqdim edilib

"DJI" kiçik ölçülü dron bazarında rəqabəti gücləndirmək üçün yeni modelini təqdim etdi. "IFA 2024"də təqdim edilən "DJI Neo" adlı dron ovuc ölçüsü və 4K çəkiliş xüsusiyyəti ilə diqqət çəkir. Qeyd edək ki, bu model ilkin mərhələdə Avropa və ABŞ bazarlarında satışa çıxarılacaq.

Posted 
Sep 6, 2024
 in 
Daily
 category

Daha çox

Daily

 kateqoriyasından

View All