Yaradıcılıq, texnologiyastartap sahələri üzrə gündəmdə olan xəbərləri buradan izləyə bilərsiniz. Bu günün xəbərləri ilə qarşınızdayıq, xoş oxumalar!

"Meta" yeni VR eynəyi üzərində işləyir

Picture of the Meta Quest 3S as seen in the Meta Quest Link PC app’s folders. Similar to the Quest 3, but instead of three pill-shaped sensors on the front, there are six sensors clustered in groups of two on the right and left halves of the front cover.

"Meta" tezliklə yeni VR eynək modeli "Meta Quest 3S"i təqdim edəcək. Sızdırılan məlumatlara görə, yeni məhsul 499 dollara "Quest 3"dən daha ucuz satılacaq.

Sızan məlumatlara görə, yeni məhsul 499 dollara Quest 3-dən daha ucuz satılacaq. Əlverişli qiymətə görə "Quest 3S"in "Quest 3"dən fərqli olaraq 2208 x 2064 deyil, 1920 x 1832 piksel təsvir ölçüsündə ekranlara sahib olacağı və 512 deyil, 256 GB daxili yaddaşa sahib olacağı bildirilib.

GTA 6 təxirə salınmayıb?

ubisoft-ceo-gta-6-aciklamasi-tum-sektor-faydalanacak

"Grand Theft Auto 6"nın 2026-cı ilə təxirə salınacağı ilə bağlı şayiələr son zamanlar oyun dünyasında çaşqınlığa səbəb olmuşdu. Mövzu ilə bağlı mühüm açıqlama Jason Schreierdən gəldi. Tanınmış jurnalist 6 fərqli "Rockstar" əməkdaşı ilə görüşdüyünü və heç birinin təxirə salınmasından xəbəri olmadığını bildirib.

Azərbaycan “Binance”la milli iqtisadiyyatda blokçeynin tətbiqini müzakirə edib

Azərbaycan “Binance”la milli iqtisadiyyatda blokçeynin tətbiqini müzakirə edib

Azərbaycan “Binance” şirkəti ilə milli iqtisadiyyatda blokçeyn texnologiyalarının tətbiqi və birgə tədbirlərin təşkili məsələlərini müzakirə edib. Müzakirələr 4SİM-in icraçı direktoru Fariz Cəfərovun “Binance”ın Baş Marketinq Direktoru Reyçel Konlanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə baş tutub.

Tərəflər həmçinin universitetlər, təhsil müəssisələri və ekosistemin iştrakçıları ilə koordinasiya məsələləri ətrafında fikir mübadiləsi aparıblar.

Görüşdə rəqəmsal iqtisadiyyatın inkişafı istiqamətində 4SİM-in fəaliyyəti və həyata keçirdiyi layihələr barədə də məlumat verilib.

"Apple" məhkəməni uduzub! Şirkəti 13 milyard avro cərimə gözləyir

Looks like Apple just outsmarted the EU | by Enrique Dans | Enrique Dans |  Medium

Avropa İttifaqı ilə "Apple" arasında məhkəmə işlərinə dair yeni inkişaf baş verib. “Apple”ın İrlandiyada vergi qaydalarını pozması ilə bağlı təxminən 10 il əvvəl açılan məhkəmə prosesi yekunlaşıb. Məhkəmə qərarına əsasən, "Apple" İrlandiyaya 13 milyard avro vergi cəzası ödəyəcək! Markanın maraqla gözlənilən "iPhone 16" təqdimatından dərhal sonra verilən qərar "Apple" səhmlərinin azalmasına səbəb olub.

"Canon" yeni kinokamera "EOS C80"ni təqdim etdi

Texniki cəhətdən iddialı olan bu məhsul birbaşa peşəkarlara müraciət edir. 800 / 3.200 / 12.800 üçlü əsas ISO dəyəri ilə “EOS C80” istənilən mühitdə optimal görüntü keyfiyyətini təmin edərək, kinorejissorların dəyişən işıqlandırma şəraitinə asanlıqla uyğunlaşır. Ağıllı avtomatik keçid rejimi xəbər ardıcıllığı və ya canlı idman hadisələri kimi dinamik səhnələri yerləşdirmək üçün bu əsas ISO səviyyələri arasında rahat keçidi mümkün edir.

Posted 
Sep 11, 2024
 in 
Daily
 category

Daha çox

Daily

 kateqoriyasından

View All