Yaradıcılıq, texnologiya startap sahələri üzrə gündəmdə olan xəbərləri buradan izləyə bilərsiniz. Bu günün xəbərləri ilə qarşınızdayıq, xoş oxumalar!

"Microsoft Copilot" telefonunuzun defolt köməkçisi ola bilər

Microsoft Copilot Artık Telefonunuzun Varsayılan Asistanı Olabilir!

Əgər siz “Samsung” cihazından istifadə edirsinizsə, “Google Assistant”, “Bixby”, hətta “Amazon” və ya “DuckDuckGo” arasında seçim edə bilərsiniz. İndi “Microsoft Copilot” da bu seçimlərə qoşulur. Beta versiyasına gələn yeniləmə ilə “Microsoft Copilot” artıq “Google Assistant”ı telefonlarda defolt köməkçi kimi əvəz edə bilər.

Azərbaycan agentliyi "Alibaba Group" ilə anlaşdı

China's Alibaba unveils AI upgrade for cloud service to rival Amazon and  Microsoft | Euronews

Bakıda İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) və Çinin elektron ticarət nəhəngi "Alibaba Group" arasında Anlaşma Memorandumu imzalanıb. Anlaşma Memorandumu "Made in Azerbaijan" brendi adı altında məhsulların yeni ixrac bazarlarına çıxışına töhfə verəcək. İmzalanma "Azərbaycanda icra olunacaq layihəyə dair KOB subyektlərinin iştirakı ilə keçirilən seminar" çərçivəsində baş tutub.

"iOS 18" 6 illik iPhone cihazları üçün buraxıla bilər

iOS 18 destekleyecek cihazlar

"Apple" müntəzəm olaraq hər il iPhone modelləri üçün yeni yeniləmə buraxır. İyun ayında iOS 18 beta versiyasını təqdim etməyi planlaşdıran şirkət, bütün zamanların ən böyük yeniləməsini çıxara bilər. “Apple” istifadəçilərinin bu markanı seçməsinin səbəblərindən biri də uzunmüddətli yeniləmələrdir. Şirkət əvvəlki kimi 6 illik cihazlara növbəti yeniləməni buraxmağa davam edəcək. Əldə edilən siyahıya əsasən, iOS 18-i iPhone XR, iPhone XS Max və iPhone XS modellərində də yükləmək mümkün olacaq. Həmçinin, bu yeniləmə bir çox yeni xüsusiyyətlərlə gələcək.

“Epic Games” kiberhücuma məruz qalıb!

İddia: Epic Games Hacklendi, 200 GB Boyutunda Veri Çalındı

Ən son xəbərlərə görə, “Fortnite” “Epic Games Store”nin kiberhücuma məruz qaldığı ortaya çıxıb. Xəbəri "Cyber ​​​​Daily" təhlükəsizlik platforması yayıb və sözügedən sızmaya görə məsuliyyət daşıyan şəxsin və ya qrupun “Mogilevich Gang” olduğu bildirilir. Hücum nəticəsində ümumilikdə 189 GB olan çox sayda məlumatın ələ keçirildiyi və bu məlumatların e-poçt, parol, tam ad, ödəniş məlumatı, mənbə kodları və s. olduğu iddia edilir.

GTA 6-nın neçə GB yer tutacağı məlum olub

GTA 6 will take 200GB of storage space on PS5 and Xbox Series X/S: Rumor  explored

GTA 6 ilə bağlı indiyə qədər bir çox mühüm iddialar irəli sürülüb. Bu iddialar ilə birgə çıxış tarixi, oyundakı personajlar ilə bağlı gözləntilər getdikcə artdı. Bu yaxınlarda internetdə yayılan söz-söhbətə görə, GTA 6 fayl ölçüsünün 320 GB və ya bir qədər yüksək olacağı ortaya çıxıb. Bəzi oyunçular 320 GB fayl ölçüsünün olduqca normal olduğunu iddia etsələr də, digərləri oyunun bu qədər yer tutmayacağını proqnozlaşdırıblar.

Posted 
Feb 28, 2024
 in 
Daily
 category

Daha çox

Daily

 kateqoriyasından

View All