Yaradıcılıq, texnologiya startap sahələri üzrə gündəmdə olan xəbərləri buradan izləyə bilərsiniz. Bu günün xəbərləri ilə qarşınızdayıq, xoş oxumalar!

İlon Mask “ChatGPT” rəqibi “Grok 2” üçün tarix verdi

İlon Mask süni intellekt sahəsində işləri sürətləndirərək “Grok 2” “Grok 3” modellərindən bəhs edib. Onun sözlərinə görə, “xAI” tərəfindən hazırlanan süni intellekt köməkçisi il ərzində istifadəçilərə təqdim olunacaq. Mask daha da inkişaf etmiş bir versiya olacaq “Grok 3”ün ilin sonuna qədər hazır olacağını açıqlayıb. Xüsusilə, “Grok 3”ün 100 min Nvidia H100 ilə hazırlanacağını və digər modellərdən daha çox hesablama gücünə sahib olacağını qeyd edib.

Avropa Birliyi "Meta"nın qanunları pozduğunu aşkarlayıb

Avropa İttifaqı bu gün Rəqəmsal Bazarlar Aktı (DMA) ilə bağlı mühüm bir inkişafı qeyd edib. AB-nin açıqlamalarına görə, "Meta"nın qanunu pozmasına səbəb şirkətin reklamlar üçün tətbiq etdiyi “pul ödə və ya reklamlara bax” yanaşması olub. Hakimiyyət istifadəçilərə kifayət qədər azadlıq verilmədiyini düşünür.

"Meta" keçən il Avropada "Facebook""Instagram" istifadəçiləri üçün reklam modelini təqdim etmişdi. Bu modeldə ödəniş edənlər reklamsız təcrübə yaşayıb, ödəməyənlər isə reklamları görürdülər.

Şirkətin istifadəçiləri pul ödəməyə və ya reklamları görməyə "məcbur etdiyini" görən Avropa Birliyi, "Meta"nın daha az məlumat istifadə edən üçüncü variantı təklif etməməsi səbəbiylə DMA-nı pozduğunu açıqlayıb. Başqa sözlə, qaydalara zidd olan, daha az şəxsi məlumatlardan istifadə edən pulsuz ayrıca versiya təklif etməməkdir. Əlavə edilib ki, bu yolla istifadəçilər öz məlumatlarına tam nəzarət edə bilmir.

Meta sözçüsü verdiyi açıqlamada ödənişli reklamsız abunəliyin DMA-ya uyğun olduğunu bildirib. O əlavə edib ki, araşdırmaya son qoymaq üçün Avropa Komissiyası ilə danışıqlar aparacaqlar.

"Competo MMC"nin yeni baş icraçı direktoru təyin olunub

Competo MMC"yə yeni baş icraçı direktor təyin olunub

1 iyul 2024-cü il tarixindən "Competo MMC"nin yeni baş icraçı director vəzifəsinə Rauf Qulaməliyev təyin olunub. Rauf Qulaməliyev Korporativ Maliyyə üzrə Magistr dərəcəsini bitirdikdən sonra 2015-ci ildə “PAŞA Holding” MMC-yə qoşulub və 1 iyul 2024-cü il tarixinə qədər Ekosistemin İnkişaf Strategiyası üzrə rəhbər vəzifəsində çalışıb. O, Umico Bonus, Umico Market və m10 kimi məhsulların ərsəyə gəlməsində birbaşa iştirakedib və bu məhsulların uğurunda mühüm rol oynayıb. Bununla yanaşı, o, "Uklon", "Trendyol" və "Bakıkart" kimi uğurlu tərəfdaşlıqları birbaşa olaraq idarə edib.

"YouTube"da "deepfake" videoları silmək mümkün olacaq

Deepfake-Generating Apps Explode, Allowing Multimillion-Dollar Corporate  Heists

"YouTube" "deepfake" videoları ilə bağlı yeni bir addım atıb. Yeni qərar çərçivəsində istifadəçilər öz səslərindən və üzlərindən istifadə edən "deepfake" videolarının silinməsini tələb edə biləcəklər. YouTube bu yenilik üçün Məxfilik Siyasətlərini yeniləyib. Bu yeniləmə çərçivəsində istifadəçiyə "deepfake" ilə yaradılmış videoları birbaşa silmək hüququ verilir.

Tutaq ki, YouTube-da bir kanal sizin səsinizdən və ya şəklinizdən istifadə edərək saxta video yaradıb. YouTube kanal sahibinə videonu silmək üçün 48 saat vaxt verəcək. Bu müddət ərzində video silinməzsə, YouTube işə qarışacaq və araşdırmaya başlayacaq. Bu araşdırma çərçivəsində videonun həqiqətən saxta olub-olmadığı araşdırılacaq. "Deepfake" aşkar edilərsə, video silinəcək.

Yeni internet sürət rekordu qırılıb

Fast Internet" Images – Browse 1,313 Stock Photos, Vectors, and Video |  Adobe Stock

Yaponiya Milli İnformasiya və Kommunikasiya Texnologiyaları İnstitutunun dərc etdiyi hesabata görə internet sürətində dünya rekordu qırılıb. Belə ki, Yaponiyadakı bir araşdırma qrupu 300 GB-lıq nəhəng bir oyunu bir saniyədən az müddətdə endirəcək internet sürətinə çata bilib. Hesabatda komandanın əməkdaşlarının saniyədə 402 terabit qoşulma sürətinə çatdığı və hətta onu da keçdiyi bildirilib.

Posted 
Jul 2, 2024
 in 
Daily
 category

Daha çox

Daily

 kateqoriyasından

View All