pple indi sürücüsüz nəqliyyat vasitələri istehsal etmək üçün hərəkətə keçib. Qeyri-rəsmi məlumatlara görə, avtomobil “iCar” olaraq adlandırılacaq.
Apple-ın 2014-cü ildən bəri avtomobil istehsal edəcəyi məlumdur. Teslanın elektrik avtomobilləri populyarlıq qazandıqdan sonra Apple Car layihəsi də konkretləşdi. Şirkətdən hələlik rəsmi açıqlama verilməsə də, iPhone və iPad nümunələrində olduğu kimi avtomobillərin “iCar” adlandırılması və layihənin “Titan” olaraq kodlaşdırılması da qeyri-rəsmi məlumatlar arasındadır.
Xüsusiyyətləri nələr olacaq?
Apple Car yalnız Apple-ın iOS əməliyyat sistemində işləyəcək
Elektrikli və avtonom olacaq (sürücüsüz)
Avtomobili iPhone ilə idarə etmək mümkün olacaq
Adrenalin və sürət həvəskarı sürücülər üçün uyğun bir vasitə olmadığı iddia edilən Apple Car-ın standart bir idman avtomobilindən çox Teslaya bənzəyəcəyi də proqnozlar arasındadır. BBC-yə danışan Tesla şirkətinin həmtəsisçisi Elon Musk Apple Car haqqında bunları deyib:
''Maşını hazırlamaq üçün minlərlə mühəndis işə götürsəniz, onu gizli saxlamaq çox çətin olacaq...''
Qiyməti nə olacaq?
Apple-ın bütün bu xüsusiyyətlər üçün bahalı bir işə başladığı və bunun da alıcılara yüksək qiymətə başa gələcəyi iddia edilir.
Avtomobil və texnologiya lobbilərindən gələn məlumatlar arasında avtomobillərin 100 min dollardan başlayan qiymətlərlə satışa çıxarılacağı deyilir.