Apple avtomobil sənayesini necə dəyişəcək?
Apple avtomobil sənayesinə güclü bir giriş etmək istəyir. Şirkətin ilk avtomobilinin satışa çıxarılma tarixi də açıqlanıb. Məşhur analitik Daniel Ives bu yaxınlarda verdiyi müsahibədə Apple-ın 2026-cı ildə avtomobil sənayesinə addım atacağını bildirib. Apple-ın avtomobillər mövzusunda da kifayət qədər iddialı olacağı gözlənilir.
Twitter-in rəqibi Bluesky 8 milyon dollar investisiya alıb
Bluesky, Ali Partovi və Suzanne Xie kimi tərəfdaşları olan Neo şirkətinin rəhbərliyi altında 8 milyon dollar investisiya alıb. Co Beda, Bob Young kimi bir sıra mələk investorlar turda iştirak edib. Əldə edilən bilgilərə əsasən alınan investisiya, Bluesky komandasının genişləndirilməsi, infrastruktur xərclərinin idarə edilməsi kimi bir çox fərqli sahədə istifadə olunacaq.
Toyotanın sürücülər üçün yeni planları var!
Toyota, sürücülərin VR eynəkləri istifadəsi üçün patent almağı düşünür. Reallaşacağı dəqiq olmayan bu patentə görə eynək, "head-up display" xüsusiyyətinin yerinə keçərək sürücülərə vacib məlumatları göstərə biləcək. Eynəklər daxil olan işığı tənzimləyərək yaranan problemləri həll etməyi hədəfləyir.
OpenAI yeni komanda toplayır
OpenAI 'super-ağıllı' süni intellekt sistemlərini nəzarətdə saxlamaq üçün yeni komanda toplayır. Bu qərar şirkətin təsisçilərindən İlya Sutskever və şirkətin tədqiqatçılarından Yan Leykenin rəhbərliyi altında qəbul edilib. 4 il ərzində komanda süni intellekt üzərində nəzarəti əldə etmək üçün əsas texniki problemləri həll etməyə çalışacaq.
OnePlus Nord CE 3 təqdim edilib
OnePlus bu yaxınlarda istifadəçilərə yeni Nord 3 modelini təqdim edib. 80 Vt sürətli şarjı dəstəkləyən 5000 mAh batareyaya sahib smartfonun arxasında 3 kamera mövcuddur. Bunlar müvafiq olaraq 50 meqapiksellik Sony IMX890 əsas kamera, 8 meqapiksellik ultra geniş bucaqlı kamera və 2 Meqapiksellik makro obyektivdir. Smartfonun 8 GB və 12 GB RAM versiyaları mövcuddur.