Anti-Instagram proqramı olan “BeReal” müəyyən baqlara rəğmən, hələ də ciddi diqqət görür.
Platforma haqqında daha ətraflı bu yazıdan oxuyun: Z nəsli üçün yeni mobil tətbiqlər
Müştərilərinə ən keyfiyyətli proqram təcrübəsini verməsə də, proqram bu həftə 3 gün ərzində ABŞ ərazisində “App Store”da ən yüksək yeri tutub. Rəqəmsal analitik platforma “Sensor Tower” qeyd edir ki, 11 iyul həftəsi ərzində 1,7 milyon tətbiq yükləməsi olub və bu, indiyə qədər ən böyük həftəlik alışdır.
Fransız tətbiqi 2020-ci ildən Alexis Barreyat və Romain Salzman tərəfindən qurulduğundan bəri dövriyyədədir. Tətbiqin “DST Global”, “Andreessen Horowitz”, “Accel Partners” və “New Wave” kimi şirkətlərdən 30 milyon dollar investisiya aldığı bildirilir.
Daha çox
Texnologiya
kateqoriyasından
View All