Yaradıcılıq, texnologiyastartap sahələri üzrə gündəmdə olan xəbərləri buradan izləyə bilərsiniz. Bu günün xəbərləri ilə qarşınızdayıq, xoş oxumalar!

"Samsung"un yeni modeli məlum oldu!

"Samsung"un bir müddətdir üzərində çalışdığı "Galaxy A06" modeli üçün geri sayım başladı. Yeni cihazın MediaTek Helio G85 prosessoru və 4 GB RAM ilə təchiz ediləcəyi məlum olub. Daha əvvəl müxtəlif sertifikatlaşdırma saytlarında və performans testlərində görünən smartfonun tezliklə satışa çıxması gözlənilir.

"Netflix" abunəçilərinin sayı 8 milyon artıb

4 Netflix Shows That Made Me Thousands of Dollars | by Joseph Mavericks |  Mind Cafe | Medium

"Netflix" 2024-cü ilin ikinci rübündə dünya üzrə 8,05 milyon abunəçi qazanıb. Analitiklər "Netflix"in abunəçilərinin təxminən 7 milyon artacağını gözləyirdilər. "Netflix"in əldə etdiyi abunəçilərin sayı keçən ilin eyni rübü ilə müqayisədə kifayət qədər yüksək hesab olunub.

Abunəçi artımı ilə yanaşı, şirkətin maliyyə hesabatı da proqnozların üstündə olub. 2024-cü ilin ikinci rübü üzrə gəlirlər əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1 milyard dollardan çox artaraq 9,5 milyard dollara çatıb.

"Windows" sistemindəki nasazlıq Bakı Aeroportunun fəaliyyətinə təsir etməyib

Bakı aeroportu MDB-də ən yaxşı hava limanıdır - Oxu.az

"Windows 10" əməliyyat sistemi ilə işləyən cihazlarda baş verən qlobal nasazlıq Heydər Əliyev Beynəlxalq Aeroportunun fəaliyyətinə təsir göstərməyib.

Bu barədə Bakı Aeroportundan "Report"un sorğusunun cavabında qeyd edilib.

Bakı aeroportunun əməliyyatları "Amadeus" sistemi üzərindən həyata keçirilir ki, bu da hazırda aeroportun fasiləsiz fəaliyyətini təmin edir.

Qeyd edək ki, yaranan nasazlıq Heydər Əliyev Beynəlxalq Aeroportundan uçuşlar həyata keçirən əksər aviaşirkətlərin işinə də təsir göstərməyib. Bununla belə, yaranan problem “Flynas” aviaşirkətinin Ər-Riyad-Bakı-Ər-Riyad marşrutu üzrə uçuşunu ləğv etməsinə səbəb olub.

Bundan əlavə, nasazlıq “Wizz Air Abu Dhabi”, “Kuwait Airways” və “Turkish Airlines” kimi aviaşirkətlərin fəaliyyətinə təsir etsə də, bu gün üçün planlaşdırılmış bütün uçuşların həyata keçirilməsi gözlənilir.

Monqolustan Olimpiya komandası xüsusi geyim tərzi ilə seçilib

2024-cü il Paris Olimpiadasının açılış mərasi üçün müxtəlif ölkələr geyimlərini bir-bir nümayiş etdirir. Monqolustan komandasının geyimləri isə fərqli dizaynı ilə xüsusi diqqət çəkib.

Ənənəvi jiletləri, əl işi tikmələri və Monqolustana məxsus detalları tapacağımız bu geyim kolleksiyasının rəng teması Monqolustan bayrağına əsaslanır.

"Mortal Kombat" oyunları artıq olmayacaq?

mortal-kombat-oyunlari-piyasadan-tamamen-kaldirilabilir-2

QA analitiki Tony Lazzara görə, "NetherRealm"ın mobil komandası tezliklə rəsmi olaraq bağlanacaq. Analitikin hesabatı şirkətin bağlanması ilə bağlı hələlik yeganə mənbə olsa da, "NethrerRealm"ın 3 fərqli əməkdaşı bu məlumatı təsdiqləyib.

Posted 
Jul 19, 2024
 in 
Daily
 category

Daha çox

Daily

 kateqoriyasından

View All