Yaradıcılıq, texnologiya startap sahələri üzrə gündəmdə olan xəbərləri buradan izləyə bilərsiniz. Bu günün xəbərləri ilə qarşınızdayıq, xoş oxumalar!

"Google Pixel Tablet 3" layihəsini ləğv etdi

The New Google Pixel Tablet - Google Store

"Google" bir müddətdir üzərində işlədiyi "Pixel Tablet 3" layihəsini dayandırmaq qərarına gəlib. “Kiyomi” adlı layihə çərçivəsində hazırlanan cihazın inkişafı rəsmi açıqlama verilmədən ləğv edilib. Şirkət bu qərarını, tablet bazarındakı çətin rəqabət və "Apple"ın üstün mövqeyi ilə əlaqələndirir.

"Hyundai İONIQ 9: ən böyük elektrikli SUV təqdim olundu

The Hyundai Ioniq 9 is a three-row electric SUV with room to grow [The  Verge] : r/electricvehicles

"Hyundai" Los-Anceles Avtomobil Sərgisində "İONIQ 9" adlı ən iri elektrikli SUV modelini təqdim etdi. Üç sıradan ibarət oturacaqlara malik bu avtomobil geniş ailələr üçün ideal seçim olacaq. 12 düymlük rəqəmsal displeylərlə təchiz olunan daxili dizayn, süni intellekt dəstəkli səsli köməkçi kimi xüsusiyyətlər təklif edir. Avtomobil 110 kWh tutumlu batareya ilə 540 km-ə qədər məsafə qət edə bilir və üç fərqli motor seçimi ilə satışa çıxacaq.

"NVIDIA" iqlim dəyişikliyinə qarşı 500 dəfə daha sürətli həll təklif edir

Nvidia, the tech company more valuable than Google and Amazon, explained |  Vox

"NVIDIA" SC24 tədbirində "Earth-2" superkompüterində çalışan yeni "Modulus" və "FourCastNet" mikro xidmətlərini təqdim edib. Bu texnologiyalar iqlim dəyişiklikləri modellərindəki simulyasiyaların sürətini 500 dəfə artırmağa imkan verəcək. "Modulus" fiziki simulyasiyaları süni intellektlə dəstəkləyərkən, "FourCastNet" hava proqnozlarının daha sürətli hazırlanmasını təmin edir. Yeni texnologiyalar vasitəsilə alimlər, daha dəqiq və lokal iqlim proqnozları verərək ekstremal hava hadisələrinin təsirlərini əvvəlcədən müəyyən edə biləcəklər.

"Dünyanın ən bahalı bananı" 6,2 milyon dollara satılıb

Maurizio Cattelan's 'Comedian,' Explained: Here's Everything We Published  on the Viral Banana Art, All in One Place

Maurizio Cattelan-ın məşhur "Comedian" əsəri Nyu-Yorkda keçirilən hərracda 6,2 milyon dollara alıcı tapıb. Satış kriptovalyuta ilə həyata keçirilib və qalib alıcıya əsərin sertifikatı ilə yanaşı xüsusi təlimatlar təqdim edilib. Əsəri satın alan kolleksiyaçı Justin Sun, bu bananı yeyəcəyini bildirib.

"Apple" Endoneziyada 100 milyon dollarlıq fabrik qurmaq istəyir

Apple makes $100 mln investment proposal for new plant in Indonesia |  Reuters

"Apple" Endoneziyaya 100 milyon dollar dəyərində zavod qurmağı təklif edib. Şirkət bu addımla birlikdə iPhone 16 modelinin ölkədəki satış qadağasını aradan qaldırmağı və bazar payını artırmağı hədəfləyir. Əvvəllər "Apple" Endoneziyaya 10 milyon dollarlıq yatırım təklifi irəli sürmüş, lakin bu təklif qəbul edilməmişdi. Yeni investisiya təklifi, ölkənin iqtisadi inkişafına dəstək və yerli istehsalı gücləndirmək məqsədilə hazırlanıb. Hələlik Endoneziya hökumətinin bu təklifi qəbul edib-etməyəcəyi ilə bağlı rəsmi bir açıqlama verilməyib.

Posted 
Nov 21, 2024
 in 
Daily
 category

Daha çox

Daily

 kateqoriyasından

View All