"

WhatsApp” rəqiblərini üstələmək və istifadəçi məmnunluğunu artırmaq üçün yeni funksiyaları sınaqdan keçirməyə davam edir. Bəs bu dəfəki yenilik nə ola bilər? Məsələn, səsli mesajlar. “WABetaInfo”nun paylaşımına görə, “WhatsApp iOS” beta proqramında səsli mesajlar üçün transkript funksiyası tətbiq edilib. Aşağıdakı ekran görüntüsündən də göründüyü kimi, transkripsiya mesaj panelinə əlavə edilir və bu, oxumanı asanlaşdırır.

WhatsApp'a sesli mesajlar için transkript özelliği geliyor

Səsli mesajlar üçün transkripsiya funksiyası, həmçinin istifadəçilərə mesaj daxilində xüsusi məlumatı axtarmağa imkan verir. Səsli qeyd transkripsiya edildikdə, mətn indeksləşdirilir və bu da hər hansısa bir axtarışı əlçatan edir. Beləliklə, əgər istifadəçi uzun səsli mesajda əsas hissəni axtarırsa və ya axtardığı məzmunun hansı səsli mesaj olduğunu xatırlamırsa, axtarış panelindən istifadə edərək, asanlıqla müvafiq açar söz və ya ifadəni daxil edir və tapır. Hazırda sınaq mərhələsində olan bu funksiya beta istifadəçilərində aktivdir. Bu funksiyanı söndürmək və ya aktivləşdirmək istəyirsinizsə, bunu WhatsApp Parametrləri > Söhbətlər > Səsli Mesaj Transkriptləri şəklində yerinə yetirə bilərsiniz.

Posted 
Apr 29, 2023
 in 
 category

Daha çox

 kateqoriyasından

View All
No items found.