Yaradıcılıq, texnologiya və startap sahələri üzrə gündəmdə olan xəbərləri buradan izləyə bilərsiniz. Bu günün xəbərləri ilə qarşınızdayıq, xoş oxumalar!
WhatsApp-a yeni xüsusiyyət gəlir!
WhatsApp beta istifadəçiləri arasında yeniləmə interfeysini sınaqdan keçirir. Bu yeniləmə ilə status ikonasında istifadəçilərə məzmunu daha asan və tez nəzərdən keçirməyə imkan verən xüsusiyyət təqdim olunacaq.
iPhone 16 üçün yeni iddialar ortaya çıxıb
Sızıntı məlumatlara görə, "Apple" bu dəfə iPhone 16 Pro üçün daha böyük batareya, qrafen istilik sistemi, nazik “MagSafe” və daha çoxunu gətirəcək. Şirkət iPhone 16 Pro-da daha böyük batareyadan istifadə edəcək. Bunun üçün onlar MagSafe modulunu incələşdirirlər. Beləliklə, batareya üçün daha çox yer yaradırlar. Leaker Kosutami bildirib ki, MagSafe modulunun incəlməsi metal korpuslu batareya modulu üçün daha çox yer açmaq üçün edilib. Yeni batareya ölçüsü batareyanın ömrünü ciddi şəkildə artıra bilər.
Mark Zukerberq "Meta Connect" tədbirinin tarixini açıqlayıb
Mark Zukerberq "Instagram" səhifəsində 2024-cü ilin "Meta Connect" tədbirinin 25-26 sentyabr tarixləri arasında keçiriləcəyini açıqlayıb. Bu tədbirdə şirkətin yeni "Meta Quest 3s" qulaqlıqlarını və digər artırılmış reallıq eynəklərini təqdim edəcəyi gözlənilir.
Meta Quest 3-ü keçən ilki Connect 2023 tədbirində təqdim etdi. Yəqin ki, bu tədbirdə cihazın daha yüngül versiyası olan Meta Quest 3s-i də görəcəyik. Əvvəlki iddialara görə, bu cihaz daha qalın linzalara sahib olacaq və cihazın təsvir ayırdetmə qabiliyyəti aşağı olacaq. Snapdragon XR2 Gen 2 prosessoruna sahib olan cihazda tam rəngli XR keçid və RGB kameraları mövcuddur.
Scarlett Johansson-un səsi 98% "Sky"a bənzəyir!
Tədqiqatçılar ChatGPT assistentlərindən biri olan "Sky"ın səsinin həqiqətən Scarlett Johansson ilə bənzərliyini yoxlamaq üçün araşdırmaya başlayıblar. 600 aktrisanın səsi ilə müqayisə edilən səs nəticəsində məlum olub ki, "Sky"ın səsi digər aktrisalara nisbətən Johansson-a 98% daha çox bənzəyir.
Bununla belə, tədqiqatçılar Anne Hathaway və ya Keri Russell kimi adların səslərinin bəzən Sky ilə oxşar olduğunu ifadə ediblər. Buna görə də səsin Johanson-un səsinə bənzədiyi, lakin yəqin ki, eyni olmadığı qənaətinə gəliblər.
Azərbaycanın dövlət qurumlarına kibertəhdidlər 37 % azalıb
Bu ilin yanvar-may aylarında Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) dövlət qurumlarına 366 kiberhücum indikatoru (IOC) müəyyən edib.
“Report”un XRİTDX-in məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, bir il əvvəlki göstəricidən 37 % azdır.
Kibertəhdidlərin 196-sı daxili araşdırma, 170-i isə dövlət qurumlarından daxil olmuş insidentlərin araşdırılması əsasında müəyyən olunaraq bloklanıb.
Hesabat dövründə “AzStateNet” şəbəkəsi üzrə 386,415 milyon zərərli keçid, son istifadəçilərdə quraşdırılan mərkəzi antivirus sistemi vasitəsilə 1 milyon 954 min 900, “Sandbox” mühafizə sistemi vasitəsilə isə 139 min 502 zərərverici tərkibli elektron sənəd blok edilib.