Threads üçün 'DM' funksiyası gələcək
Instagram rəhbəri Adam Mosseri bildirib ki, X-in yeni rəqib tətbiqi Threads üçün DM dəstəyi təklif olunacaq. Threads böyük çatışmazlıqlarla buraxılmış bir proqram idi. Hazırda birbaşa mesaj üçün Instagram-dan istifadə etməlisiniz. Tətbiqə "DM" funksiyasının tam olaraq nə vaxt gələcəyi isə hələ ki, bilinmir.
Threads böyük çatışmazlıqlarla buraxılmış bir proqram idi. Instagram mərkəzli tətbiq hələ də, bizim öyrəşdiyimiz bir çox xüsusiyyətlərə malik deyil. Keçən həftə açıqlama verən Zukerberq Threads üçün Meta-nın 1 milyard istifadəçisi olan növbəti sosial media şəbəkəsi ola biləcəyini düşündüyünü açıqlayıb. Threads 100 milyon istifadəçiyə çatan ən sürətli ad oldu, lakin sonra Threads-in istifadəsi və böyüməsi yavaşladı və ya hətta demək olar ki, dayandı. Threads-ə gələn insanların əksəriyyəti proqramdan artıq istifadə etmir.
İki yeni "Apple Watch" iPhone 15 ilə birlikdə gələcək
Sentyabr ayında keçiriləcək tədbirdə təqdim olunacaq iPhone 15 ilə birlikdə 2 yeni "Apple Watch" modeli gələcəyi gözlənilir. Apple analitiki olaraq da bilinən Mark Qurmanın sözlərinə görə, sentyabr ayında keçiriləcək tədbirdə xüsusi olaraq 41 mm və 45 mm ölçülərə malik olan "Series 9" ailəsini və II nəsil Watch Ultra-nı görəcəyik. Qurman bu il buraxılacaq saatların yeni inkişaf etdirilən S9 prosessoru ilə təchiz ediləcəyini və bu prosessorla ciddi performans artımının gözlənildiyini bildirib. Saatlar haqqında hələ ki, çox məlumat sızdırılmayıb.
Netflix reklam qiymətlərini azaldır
Netflix reklam müqavilələrini nəzərdən keçirmək qərarına gəlib. Şirkət aşağı qiymətli abunə planında bəzi əhəmiyyətli dəyişikliklər etməyi planlaşdırır. Reklam dəstəkli abunə paketi üçün xidmət göstərdiyi platformalara fərqli qiymət siyasəti təqdim edəcək şirkət daha geniş müştəri kütləsinə çatmağı mümkün etməyi hədəfləyir. O, həmçinin Microsoft ilə reklam müqavilələrini nəzərdən keçirəcək. Keçən il Netflix ABŞ da daxil olmaqla 12 fərqli ölkədə ayda 7 dollara reklam dəstəkli plan təqdim etdi. Məqsədi daha çox istifadəçiyə çatmaq olan bu tədqiqatların texnologiya və satış ortaqlığını Microsoft öz üzərinə götürdü. Şirkətin gəlir zəmanəti təklif etməsindən sonra edilən bu müqavilə, Netflix-in reklam siyasətlərini dəyişmək istəməsindən sonra yenidən müzakirə edildi.
Tvit termini "lüğətimizdən" çıxır. Artıq sadəcə post paylaşacağıq
Keçən həftə Musk Twitter-in bir brend olaraq sona çatdığını açıqladı. Şirkət öz qərargahında loqotipini yığışdırıb, onun yerinə "X"i yerləşdirdi. Həmçinin vebsayt və proqramda öz loqosunu dəyişdi. "Tweet" düyməsi isə daha uzun müddət mövcud olmağa davam etdi. Buna baxmayaraq, paylaşımların artıq "Tweet" yerinə "Post" olaraq adlanacağı bildirilib.
Hollivud tətili böyüyür: 75-ci Emmy Mükafatları təxirə salındı
Hollivudda həm yazıçıların, həm də aktyorların eyni vaxtda tətil etməsi səbəbindən 75-ci Emmi Mükafatları təxirə salınıb. Hollivud ssenaristləri və aktyorları eyni vaxtda tətil etdiyi üçün təxirə salınan mükafat mərasiminin dəqiq nə zaman olacağı hələ ki, bilinmir. Qeyd edək ki, "Succession", "The Last of Us" və "The White Lotus" serialları bu il 75-ci Emmy Mükafatlarında ən çox namizəd olan işlər arasında olub.
Huawei-nin yeni qatlana bilən telefonu Mate X3 Pro 5G gəlir!
Son zamanların ən populyar cihazları olan qatlana bilən telefonlar markaların atdığı yeni addımlarla daha geniş çeşiddə olmağa davam edir. Huawei-nin maraqla gözlənilən yeni qatlana bilən telefonu olan Mate X3 Pro 5G-nin tezliklə satışa çıxarılacağı gözlənilir. Çin texnologiya nəhəngi tərəfindən 4 avqust 2023-cü ildə keçiriləcək Huawei Developers Konfransında təqdim ediləcək cihaz şirkətin 3 yeni smartfon modeli (Huawei Mate 60 4G) arasında ən diqqət çəkən model olaraq xarakterizə edilir.