Yaradıcılıq, texnologiya startap sahələri üzrə gündəmdə olan xəbərləri buradan izləyə bilərsiniz. Bu günün xəbərləri ilə qarşınızdayıq, xoş oxumalar!

"Xiaomi" yeni fabrikini elan edib

"Xiaomi" yeni nəsil smartfon istehsalı fabrikini rəsmi olaraq elan edib. Şirkətin baş direktoru Lei Jun obyektin insanlar olmadan 24 saat fasiləsiz işləyə biləcəyini qeyd edib. Şirkətin iddiasına görə, burada hər saniyə bir telefon istehsal olunacaq. İstehsal olunan məhsulların keyfiyyətinə nəzarət şirkətin özü tərəfindən hazırlanmış maşınlar vasitəsilə həyata keçiriləcək.

Türkiyənin peyki kosmosa gedir

turksat-6a-uydu-firlatma-nasil-izlenir

Türkiyənin ilk yerli və milli rabitə peyki Türksat 6A nəhayət orbitə buraxılır. Buraxılış "SpaceX"in “Falcon 9” raketi ilə ABŞ-nin Florida ştatındakı məşhur Kanaveral Hərbi Hava Qüvvələri bazasından həyata keçiriləcək. Bundan əlavə, Türksat 6A ilə Türkiyə peyklərinin çatdığı əhali 3,5 milyarddan 5 milyarda yüksələcək.

iOS 18 Beta 3 buraxıldı

iOS 18 Beta 3 əsas ekrandakı tətbiq nişanlarını avtomatik olaraq qaranlıq rejimə çevirən yeni funksiya ilə gəlir. Defolt divar kağızı da gün ərzində rəngini dəyişən "dinamik" seçimlə yenilənib. Beta 3 ilə fənər interfeysini təkmilləşdirən şirkət "Dynamic Island" vasitəsilə həm daha yaxşı idarəetmə, həm də diqqətçəkən dizayn təqdim edir.

Üç qatlanan telefon ilk dəfə "Huawei"dən gələ bilər

"Ice Universe"in iddialarına görə, "Huawei" irəlidə üç qatlanan smartfon təqdim edə bilər. Şirkət üç dəfə qatlana bilən ekran sayəsində smartfon dünyasına fərqlilik gətirməyi hədəfləyir. "Huawei"nin ən yeni Mate X2 modeli qatlandıqda qalınlığı 11,1 mm-ə çatır. Cihaz rəqiblərinkindən daha nazik olduğu üçün "Huawei" bunu üstünlüyə çevirmək istəyir.

"Apple" "AirPods"un səs keyfiyyəti problemini həll edir

AirPods Lite özellikleri fiyatı

"AirPods" istifadəçiləri uzun müddətdir ki, telefon danışıqları zamanı səs keyfiyyətinin aşağı olmasından şikayətlənirlər. "Headphonesty"nin hesabatına görə, "Apple" bu problemi həll etmək üçün proqram təminatı yeniləməsini təqdim etməyə hazırlaşır.

Posted 
Jul 9, 2024
 in 
Daily
 category

Daha çox

Daily

 kateqoriyasından

View All