Yaradıcılıq, texnologiya startap sahələri üzrə gündəmdə olan xəbərləri buradan izləyə bilərsiniz. Bu günün xəbərləri ilə qarşınızdayıq, xoş oxumalar!

"Xiaomi" qutularının məzmunu dəyişəcək

Xiaomi kutu içeriği

Hazırda məşhur markalar, xüsusilə "Apple""Samsung" qutunun içindəkilərə o qədər də əhəmiyyət vermir. "Realme", "Oppo", "Infinix", "Vivo" kimi markaların qutu məzmunu nisbətən daha çoxdur. “Xiaomi” də bu markalar arasında idi, amma deyəsən, işlər dəyişib. Belə ki, brend Avropaya göndərdiyi “Redmi13” model cihazlarının qutusundan şarj adapterini çıxarıb.

"Amazon" "Metis" adlı AI modeli üzərində işləyir

Amazon is working on AI chatbot codenamed 'Metis': Report

"Amazon" şirkəti "OpenAI"ın məşhur "ChatGPT" çatbotuna rəqib olacaq "Metis" adlı süni intellekt modeli hazırlayır. "Metis" yunan mifologiyasında müdriklik ilahəsi kimi tanınır. "Amazon"un bu layihəyə belə bir ad verməsi onun nə qədər iddialı olduğunu göstərir. Bu, təkcə texnologiyanın inkişafı prosesi deyil, həm də "Amazon"un süni intellekt sahəsində rəqabət qabiliyyətini artırmaq strategiyasının bir hissəsi olacaq.

iOS 18 beta 2 çıxdı! 

WWDC 2024-də elan edilən "iPhone Mirroring" funksiyası sayəsində iPhone-ları birbaşa Mac-dan idarə etmək mümkün olacaq. Bu funksiya ilk beta versiyada mövcud deyildi, lakin macOS Sequoia Beta 2 ilə aktivləşdirilib. İndi siz Mac-da hər şeyi edə bilərsiniz. iPhone kilidli olarkən proqramları açıb istifadə etməkdən tutmuş bildirişləri idarə etməyə qədər.

"Google"dan yenilik: Öz surətinizlə söhbət edə biləcəksiniz

google-yapay-zeka-kendi-kopya-karakter

Yeni süni intellekt layihəsi sayəsində "Google" sizə öz surətiniz, hər hansı bir YouTuber və ya seçdiyiniz qondarma personajla danışmaq imkanı verəcək. "Google" bu layihəni müstəqil bir məhsul kimi təqdim etməkdənsə, "YouTube"a inteqrasiya etməyi planlaşdırır.

Beləliklə, YouTube məzmun yaradıcıları öz süni intellekt nüsxələrini istehsal edə və izləyiciləri ilə daha çox ünsiyyət qura biləcəklər.  Layihənin buraxılış tarixi hələ müəyyən edilməsə də, bu çatbot platformasının ilk olaraq Google Labs səhifəsində sınaqdan keçirilməsi gözlənilir.

Türkiyənin ilk astronavtı Alper Gezeravcı Bakıya gəlir!

SON DAKİKA: Alper Gezeravcı trafik kazası geçirdi - Yeni Bakış - Son Dakika  Haberleri

27-28 İyun tarixlərində baş tutacaq Baku ID tədbirində bizləri bir sıra prestijli şirkət və qurumların əməkdaşları gözləyir. Qeyd edək ki, bu möhtəşəm tədbirin "Space" panel spikerlərindən biri Türkiyənin ilk astronavtı Alper Gezeravcı olacaq. Gezeravcı panel müzakirəsi zamanı kosmosda innovasiyalarla bağlı öz fikir və təcrübələrini bizimlə bölüşəcək.

Posted 
Jun 25, 2024
 in 
Daily
 category

Daha çox

Daily

 kateqoriyasından

View All