Yaradıcılıq, texnologiya startap sahələri üzrə gündəmdə olan xəbərləri buradan izləyə bilərsiniz. Bu günün xəbərləri ilə qarşınızdayıq, xoş oxumalar!

"Tesla" satışlarında artım müşahidə olunub

uydu-goruntuleri-satilmamis-tesla

"Tesla" ikinci rübdə 443 min 956 avtomobil tədarük edib. Şirkət "Wall Street"in 439 min 302 təxminini aşaraq böyük bir sürpriz edib. Satışlar keçən illə müqayisədə 4,8 faiz azalıb, lakin ilin ilk üç ayı ilə müqayisədə əhəmiyyətli artım müşahidə olunub. Birinci rübdə "Tesla" tərəfindən cəmi 386 min 810 avtomobil tədarük edilib. Bununla belə, 410 min 831 avtomobil istehsal edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 14 faiz azdır.

"BakuBus" yeni marşrut xəttini istifadəyə verib

Bu avtobus marşrutları “BakuBus”a verildi

"BakuBus" MMC 140 E nömrəli yeni müntəzəm marşrut xəttini istifadəyə verib. Avtobuslar 10 dəqiqə intervalla "Koroğlu" Nəqliyyatı Mübadilə Mərkəzi ilə paytaxtın Şüvəlan qəsəbəsi arasında hərəkət edəcək. Gedişhaqqı isə 80 qəpikdir.

"Spotify" "təcili xəbərdarlıq" funksiyasını sınaqdan keçirir

Spotify is testing emergency alerts - Tech

Yeni xüsusiyyət ilə birgə "Spotify" musiqi dinlədiyiniz zaman səsi kəsə və təcili xəbərdarlıq edə biləcək. Qulaqcıqla musiqi dinləyərkən çox vaxt özümüzü real həyatdan təcrid edirik. Bu yeni xüsusiyyət fövqəladə hal zamanı hər hansı bir fəlakətdən xilas ola bilməyimiz üçün nəzərdə tutulub. "Spotify"ın bu addımı "Meta"nın "Facebook"dakı "Safety Check" funksiyası və "Google"un fövqəladə hallar barədə xəbərdarlıq sistemləri kimi oxşar xidmətlərlə rəqabət apara bilər.

Bakı metrosundan istifadə edən sərnişinlərin sayı 5 %-dən çox artıb

What Were the Names of the Baku Metro Stations

Bu ilin birinci yarısında Bakı metrosu ilə 113 milyon 195 min 216 sərnişin daşınıb. Ümumən birinci yarım il ərzində orta statistik hesabla gün ərzində metropolitenə 621 min 952 sərnişin daxil olub. Ümumilikdə, 2022-ci ilə nəzərən 12,2 %, 2023-cü illə müqayisədə isə 5,3 % daha çox sərnişin daşınıb. Lakin 2019-cu ilin ilk yarısı ilə müqayisədə 3 % az sərnişin daşınıb.

Son illərin sərnişin rekorduna sahib “Koroğlu” stansiyası 2024-cü ilin birinci yarımilliyində də liderliyi qoruyub saxlayır. Bütün sərnişinlərin 8,7 %-i və yaxud 9 milyon 827 min 14 sərnişin məhz bu stansiyadan yeraltı nəqliyyata daxil olub. Sərnişinlərin 8,2 %-i (9 milyon 269 min 269 sərnişin) “28 May” və 7,8 %-i (8 milyon 798 min 274 sərnişin) isə “20 Yanvar” stansiyasından istifadə edib.

“Qızlara ağ yaraşır” layihəsi daha bir beynəlxalq festivalın qalibi olub

“Qızlara ağ yaraşır” layihəsi daha bir beynəlxalq festivalın qalibi oldu

“Qızlara ağ yaraşır” layihəsi “White Square” Beynəlxalq Reklam və Marketinq Festivalında 2 nominasiya üzrə mükafatlandırılıb. Kampaniya “Gender bərabərliyi” kateqoriyası üzrə gümüş, “Brendlərin əməkdaşlığı” kateqoriyasına görə isə bürünc medalla təltif edilib.

Əsas meyarı yaradıcı həllərin effektivliyi olan “White Square” Festivalı 5 ildən artıqdır ki, bütün dünya üzrə reklam və marketinq mütəxəssislərini bir araya gətirir. Bu il festivalda Avropa, Şimali və Latın Amerikası, MENA regionu və Asiyanın 35-dən çox ölkəsindən 1115 müsabiqə iştirakçısı innovativ ideyalarını nümayiş etdirib. Xatırladaq ki, “Qızlara ağ yaraşır” sosial layihəsinin əsas məqsədi qızları sağlam və fəal həyat tərzi sürməyə təşviq etməklə yanaşı, erkən nikahlara qarşı mübarizə aparmaq olub.

Posted 
Jul 3, 2024
 in 
Daily
 category

Daha çox

Daily

 kateqoriyasından

View All