"

Starbucks”ın yeni “CEO”su L.Narasimhan olacaq. Narasimhanın rəsmi olaraq aprel ayında vəzifəsinə başlaması gözlənilir. Daha sonra isə o, şirkətin direktorlar şurasına daxil olacaq.

Bir neçə ay əvvəl “Starbucks”ın “CEO”su Kevin Konson şirkətin rəhbərliyində 5 il çalışdıqdan sonra aprelin 4-də istefa verəcəyini açıqlamışdı. Açıqlamadan sonra Konsondan əvvəl şirkətə on illərlə rəhbərlik etmiş Qovard Şultzun müvəqqəti “CEO” olacağı və yeni “CEO” Narasimhan vəzifəyə keçənə qədər idarə heyətinə yenidən qoşulacağı bildirildi.

Narasimhanın gələn həftə “CEO” vəzifəsini icra etdiyi “Reckitt Benckiser Group”dan istefa verəcəyi deyilir. Yeni baş direktor “Reckitt Benckiser”dən əvvəl “PepsiCo”da qlobal ticarət üzrə prezidentlik də daxil olmaqla müxtəlif vəzifələrdə çalışıb. Onun həmçinin “McKinsey”də də 19 illik iş təcrübəsi var.

Posted 
Sep 6, 2022
 in 
Məqalələr
 category

Daha çox

Məqalələr

 kateqoriyasından

View All