Yaradıcılıq, texnologiya və startap sahələri üzrə gündəmdə olan xəbərləri buradan izləyə bilərsiniz. Bu günün xəbərləri ilə qarşınızdayıq, xoş oxumalar!
Spotify-da pulsuz funksiyalar premium-a köçür
Dəyişikliklərə əsasən, Spotify istifadəçiləri artıq mahnıları geriyə çəkmək, əvvəlki mahnılara qayıtmaq və ya pleylist sifarişlərini fərdiləşdirmək kimi funksiyalara pulsuz versiyada daxil ola bilməyəcəklər. Dəyişikliklər Hindistanda bu gündən qüvvəyə minib. Yeniliyin digər bazarlarda tətbiq edilib-edilməyəcəyi hələ məlum deyil.
Google Meet-də qrup söhbətlərinin keyfiyyəti artacaq
Qrup söhbətlərinə 1080p görüntü keyfiyyəti gəlir. Üç və ya daha çox iştirakçı ilə görüşlər üçün əlçatan olacaq bu funksiya defolt olaraq deaktiv olacaq. Bu səbəbdən onu “Parametrlər” menyusundan istifadə edərək dəyişmək mümkündür. Qrup söhbətlərinin 1080p həlli ilə çox daha funksional bir quruluşa sahib olacağı düşünülür.
X-ə giriş qadağan edilə bilər
Avropa Birliyi daha əvvəl platformada yalan və ya dezinformasiya xarakterli paylaşımların yüksək həddə olduğunu iddia etmişdi. İsrail və Fələstin arasındakı münaqişələr Avropa İttifaqı Komissiyasını yenidən hərəkətə keçirib. X-də dezinformasiya ilə mübarizənin kifayət etmədiyini bildirən Avropa Birliyi Komissiyası Elon Musk üçün açıq məktub yayımlayıb.
AMD süni intellektə əsaslanan Nod.AI şirkətini satın alır
Dünyanın ən böyük prosessor və qrafik kartı istehsalçılarından biri olan AMD süni intellektə əsaslanan Nod.AI şirkətini satın alır. Nod.AI açıq mənbəli süni intellekt proqram təminatı kimi tanınır. Şirkət bu rübün sonuna qədər qiyməti hələ deyilməyən alışı tamamlayacaqlarını qeyd edib.
Paris Moda Həftəsində “Humane Ai Pin” təqdim edilib
Humane və Coperni-nin birgə əməkdaşlığı 25 sentyabr-3 oktyabr tarixləri arasında baş tutan Paris Moda Həftəsinin ən diqqətçəkən hadisələrindən biri oldu. Moda nümayişində cihazın istifadəsi ilə bağlı ətraflı demo olmasa da, ən azı onun necə göründüyü aydın şəkildə göstərilib. Humane Ai Pin-in bütün xüsusiyyətləri və funksiyaları noyabrın 9-da açıqlanacaq.
TikTok-da üçüncü tərəf platformaların dəstəyi ilə videolar yayımlana biləcək
Video yaratma xüsusiyyəti üçüncü tərəf platformaların dəstəyi ilə TikTok-a gəlir. Üçüncü tərəf platforma dəstəyi o deməkdir ki, TikTok müqavilə bağladığı platformaların infrastrukturundan istifadə edə biləcək. Bu platformalara Adobe Premiere Pro, Adobe Express, Twitch və CapCut kimi proqramlar daxildir.