Yaradıcılıq, texnologiya startap sahələri üzrə gündəmdə olan xəbərləri buradan izləyə bilərsiniz. Bu günün xəbərləri ilə qarşınızdayıq, xoş oxumalar!

"Citroen" avtomobillərinə "ChatGPT" inteqrasiya edəcək

"Citroen" bu yaxınlarda elan etdi ki, “ChatGPT” naviqasiya köməkçisini 31 iyul 2024-cü il tarixindən "Connect PLUS" paketinin bir hissəsi kimi əlçatan edəcək. Qeyd edək ki, bu xüsusiyyət "C4", "C4 X", "C5 X", "Berlingo", "SpaceTourer", "Berlingo Van" və "Jumpy" modellərində istifadə olunacaq.

"Gemini 1.5 Flash" ödənişsiz istifadəyə verilib

Google, geçen mayıs ayında tanıtılan Gemini 1.5 Flash'ın ücretsiz kullanıcılar için artık mevcut olduğunu duyurdu.

Şirkət 14-16 may 2024-cü il tarixlərində keçirilən tədbirdə yeni "Android 15" əməliyyat sistemini və "Gemini 1.5 Flash" ilə "1.5 Pro"nu elan etmişdi. Bununla belə, şirkət keçən may ayında təqdim edilən "Gemini 1.5 Flash"ın artıq ödənişsiz olaraq əlçatan olduğunu açıqlayıb.

"Microsoft" "Bing" üçün yeni xüsusiyyətləri test edir

Here Comes The Bing Chatbot - Microsoft's ChatGPT For Search Has Arrived,  Forcing Google's Hand

"Microsoft"un bloq yazısında "Bing" süni intellektli axtarış sistemi barədə bir neçə nümunə paylaşılıb. Bu yenilik istifadəçilərin axtarış sorğularına süni intellekt tərəfindən tərtib edilmiş orijinal cavablar təqdim edəcək. Şirkət bu yeniliyi istifadəçi təcrübəsini yaxşılaşdırmaq və axtarış nəticələrini daha səmərəli etmək üçün inkişaf etdirdiyini bildirib.

"Microsoft" "Lumen Technologies" ilə əməkdaşlıq etdiyini açıqlayıb

Microsoft and Lumen Technologies partner to power the future of AI and  enable digital transformation to benefit hundreds of millions of customers  - Stories

"Microsoft" "Lumen Technologies" süni intellekt texnologiyalarının sürətli inkişafı ilə ayaqlaşmaq üçün güclərini birləşdirdilər. "Lumen"in geniş fiber optik şəbəkəsi "Microsoft"un AI məlumat mərkəzləri arasında əlaqəni gücləndirəcək, habelə məlumat ötürmə sürətini və tutumunu əhəmiyyətli dərəcədə artıracaq.

SİMA-nın yeni Videozəng həlli istifadəyə verilib 

SİMA-nın yeni Videozəng həlli istifadəyə verildi

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki “AzInTelecom” MMC tərəfindən yaradılmış SİMA Rəqəmsal Həllər Platformasının yeni “Videozəng” həlli istifadəyə verilib.

Videozəng həlli  müştərilər və maliyyə qurumları arasında təhlükəsiz videozənglər təmin edən videogörüş proqramıdır. Tərəfdaşlara SİMA KYC məhsulunun tərkib hissəsi kimi təqdim olunan həll bankların və digər maliyyə qurumlarının bazarda formalaşdırdığı təlabat əsasında hazırlanıb.

Videozəng həlli müştərilər və maliyyə qurumları arasında təhlükəsiz videozənglər təmin edən videogörüş proqramıdır. Yeni müştərilər üçün məsafədən hesab açılması prosesini xeyli sadələşdirən proqram Mərkəzi Bankın tələb və qaydalarına tam şəkildə uyğundur. SİMA-nın biometriya texnologiyası sayəsində Videozəng həlli bir neçə formada canlılıq testi aparır. Bu isə həm şəxsin eyniləşdirilməsini aparır, həm də zəngin tam qaydalar çərçivəsində olduğunu müəyyən edir. Güclü iki faktorlu təsdiqləmə nəticəsində saxtakarlıq və dələduzluq hallarının qarşısı alınır.

Posted 
Jul 26, 2024
 in 
Daily
 category

Daha çox

Daily

 kateqoriyasından

View All