“Nike”ın qlobal media araşdırması başa çatıb və bütün əsas bazarlarda “Nike” və “Jordan” markalarını əhatə edən büdcənin 1 milyard dollar dəyərində olduğu təxmin edilir.
Brend büdcəsinin böyük hissəsini bölmək üçün iki yeni müstəqil agentliyi, “PMG” və “IPG Media brand’s Initiative”i seçib.
Brend “PMG”nin Şimali Amerikadakı inteqrasiya olunmuş media agentliyi, eləcə də qlobal rəqəmsal imkanlar üzrə tərəfdaş olacağını təsdiqləyib. “Initiative” isə qlobal miqyasda inteqrasiya olunmuş media ilə məşğul olacaq.
“Nike” verdiyi açıqlamada “Biz brend reklamı və performans marketinqi üçün ödənişli media strategiyası və icra (planlaşdırma və satın alma) təmin edən agentlik tərəfdaşları ilə bağlı araşdırmamızı yekunlaşdırdıq. Bu, “Nike”ın dünya üzrə ən yaxşı ödənişli media agentliyi partnyorlarına malik olmasını təmin etmək üçün standart əməliyyat prosedurlarımızın bir hissəsidir. Biz bütün agentlik partnyorlarımıza, xüsusən də, uzunmüddətli əlaqələrimiz olanlara birlikdə gördüyümüz bütün işlərə görə təşəkkür edirik”, deyə bildirib.
Daha çox
Məqalələr
kateqoriyasından
View All