Yaradıcılıq, texnologiya startap sahələri üzrə gündəmdə olan xəbərləri buradan izləyə bilərsiniz. Bu günün xəbərləri ilə qarşınızdayıq, xoş oxumalar!

"Microsoft" maliyyə gəlirlərini açıqlayıb

What does the future hold for Microsoft? - Investment Monitor

"Microsoft" 30 iyun 2024-cü il tarixində başa çatan rüb üçün maliyyə gəlirlərini açıqlayıb. Bildirilib ki, şirkət bu rüb ərzində 64,7 milyard dollar gəlir əldə etməyi bacarıb. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 15 % artımdan xəbər verir. Xalis gəlir tərəfində isə ötən ilin eyni dövrü ilə müqayisədə 10 % artım olub.

GFN (GeForce Now) kuponları artıq Azərbaycanda!

Azərbaycana innovativ texnologiyalar gətirmək missiyası olan "YER Hosting" "cloud gaming" dünyasına ilk addımlarını atıb. Bu təşəbbüs innovativ bulud xidmətləri təqdim etməklə Azərbaycanda rəqəmsal mənzərəni təkmilləşdirmək üçün davam edən səylərin mühüm mərhələsi kimi qeydə alınıb.

"Apple" artıq Çində ən çox satılan telefon markaları arasında deyil

Apple taps more China suppliers for its latest iPhones - Nikkei Asia

"Quarterly Mobile Phone Tracker" araşdırmasına görə, "iPhone" modeli Çində ən çox satılan 5-ci smartfon ünvanını itirib. İlin ikinci rübündə aparılan araşdırmalar göstərib ki, Çin xalqı daha çox yerli smartfonlara üz tutur. "Apple" isə cari satışlarda 3,1% bazar itkisinə məruz qalıb.

"iPhone 16"nın rəng seçimləri ortaya çıxdı!

"Apple"ın sentyabr ayında istifadəçilərə təqdim etməyə hazırlaşdığı “iPhone 16” seriyası üçün geri sayım başladı. Sızdırılan məlumatlara görə, "iPhone 16" mavi, sarı, qara, çəhrayı və yaşıl rəng seçimləri ilə təqdim olunacaq.

Azərbaycanda ilk dəfə elektrikli avtomobillər üçün şarj cihazları istehsal ediləcək

What Is EV Charging & How Does it Work? | EvoCharge

Ağdam Sənaye Parkının rezidenti “Eel Electric” MMC-nin elektrik paylayıcı avadanlıqların və elektrik yuvalarının istehsalı müəssisəsində görülən işlərin artıq 85%-i yekunlaşıb. Müəssisədə 35-10 kV daxili və xarici tip paylayıcı qurğular, 0.4 kV güc və idarəetmə panelləri, kondensator qurğuları, müxtəlif güclərdə transformator məntəqələrin istehsalı həyata keçiriləcək.

Şirkət tərəfindən, həmçinin Azərbaycanda ilk dəfə olaraq elektrikli avtomobillər üçün şarj cihazlarının istehsalı nəzərdə tutulur.

Posted 
Jul 31, 2024
 in 
Daily
 category

Daha çox

Daily

 kateqoriyasından

View All