Huawei öz "Dynamic Island"nı təqdim edəcək

“Dynamic Island” texnologiyası Apple-ın "iPhone 14 Pro" seriyalı telefonları ilə həyatımıza daxil olmuşdu. "iPhone 14 Pro"dan sonra Huawei də öz “Dynamic Island” texnologiyasını inkişaf etdirməyə başladı. Bəziləri tərəfindən yüksək qiymətləndirilən və ya tənqid edilən xüsusiyyət Huawei telefonlarına da gəlir. Huawei təqdim edəcəyi "Huawei Mate 60" seriyasında "Dynamic Island" texnologiyasından istifadə edəcəyi gözlənilir.

Yeni iMessage xüsusiyyətləri iOS 17 ilə gəlir

Apple may be planning a major Messages overhaul in iOS 17 | Macworld

iOS 17 ilə iPhone istifadəçiləri arasında SMS trendi yenidən başlaya bilər. Artıq daha zərif bir dizayna sahib olan iMessage, yeni klaviatura dizaynı ilə istifadə rahatlığını artırır. Bununla yanaşı, əgər kimsə sizə səsli mesaj göndərirsə və siz onu dərhal dinləyə bilmirsinizsə, ‌iOS 17‌ mesajı sizin üçün mətnə çevirir. Beləliklə, səsli mesajları dinləyə bilmədiyiniz zamanlarda asanlıqla mesajı oxuya bilərsiniz.

Uçan taksi ilk sınaq uçuşunu həyata keçirdi

Flying taxi built by UK firm Vertical Aerospace set to fly in coming weeks  | This is Money

Vertical Aerospace-in elektriklə işləyən hava taksisi ilk sınaq uçuşunu tamamladı. Uçuş çərşənbə günü İngiltərənin cənub-qərbindəki Cotswold hava limanında baş tutdu. Vertical Aerospace eVTOL-un 2026-cı ildə kommersiya baxımından istifadəyə veriləcəyi gözlənilir. Bununla belə, şirkət aviaşirkətlər, operatorlar və icarə şirkətlərindən ümumilikdə 1400 sifariş alıb. Şirkət sınaq uçuşlarının sayını artıracağını bildirərkən, texnoloji cəhətdən daha inkişaf etmiş ikinci bir prototip hazırlamağı planlaşdırdığını da açıqlayıb.

Microsoft Google və OpenAI süni intellekt üçün bir araya gəlir

Bloomberg-in məlumatına görə, 3 nəhəng şirkət süni intellekt təhlükəsizliyini təmin etmək üçün hazırlaşır. Təhlükəsizliklə bağlı 8 fərqli ehtiyat tədbirinin görülməsi planlanır. Bu ehtiyat tədbirlərinə ekspertlərə AI modellərinin potensial mənfi davranışlarını sınaqdan keçirməyə icazə vermək, kibertəhlükəsizlik sahəsinə daha çox sərmayə qoymaq kimi xüsusiyyətlər daxildir. Bununla yanaşı, şirkətlər AI təhlükəsizliyi ilə bağlı sui-istifadənin qarşısını almaq üçün süni intellekt tərəfindən yaradılan audio və vizual məzmunu "filiqran" ilə işarələməyi planlaşdırırla

"GitHub Copilot" artıq hər kəs üçün əlçatandır

GitHub Copilot · Your AI pair programmer · GitHub

GitHub tərtibatçıların həyatını asanlaşdıran və kodlaşdırma proseslərinə böyük töhfə verən "GitHub Copilot" funksiyasını hər kəs üçün əlçatan edib. "GitHub Copilot” proqramçılara kodlaşdırma prosesi boyunca əlavə tövsiyələr verərək onlara daha səmərəli işləməyə kömək edir. Bu tərtibatçılara vaxtlarını daha səmərəli istifadə etməyə, kodlaşdırma prosesinə daha çox diqqət yetirməyə və yaradıcılıqlarını daha effektiv istifadə etməyə imkan verir.

Hightouch startapı 38 milyon dollar investisiya alıb

Hightouch Announces $38M in Funding and Launches New Customer 360 Toolkit

Şirkətlərə müxtəlif sistemlərdəki məlumatlarını sinxronizasiya etməyə imkan verən Hightouch 38 milyon dollar investisiya alıb. Hightouch-un dəyəri 38 milyon dollar investisiya ilə birgə 615 milyon dollara çatıb. İnvestisiya raunduna Bain Capital Ventures rəhbərlik edib. Raundda Bain Capital Ventures ilə yanaşı, şirkətin hazırkı investorları arasında yer alan ICONIQ Capital, Y Combinator Amplify Partners şirkətləri iştirak edib.

Posted 
Jul 21, 2023
 in 
Daily
 category

Daha çox

Daily

 kateqoriyasından

View All