Yaradıcılıq, texnologiya və startap sahələri üzrə gündəmdə olan xəbərləri buradan izləyə bilərsiniz. Bu günün xəbərləri ilə qarşınızdayıq, xoş oxumalar!
WhatsApp sizin üçün xüsusi profil şəkli yaradacaq
WhatsApp yeni funksiyası ilə profil şəkli seçmək problemini aradan qaldırır. Yeni gələcək funksiya ilə istifadəçilər asan bir izahla süni intellektdən istifadə edərək profil şəkli yarada biləcəklər.
Yeni funksiya sayəsində "saçlarım küləkdə uçsun və arxa planda gözəl gün batımı olsun" kimi sadə ifadələrlə profil şəklinizi yarada biləcəksiniz. WhatsApp-ın bu yeni funksiyası hazırda Android beta versiyasında sınaqdan keçirilir. Tezliklə bütün istifadəçilər üçün aktiv olacağı gözlənilir.
Meta-dan GPT-4o ilə rəqabət aparacaq yeni AI modeli!
Meta yeni süni intellekt modeli üzərində işləyir. "Chameleon" adlı yeni model OpenAI-ın GPT-4o modeli ilə rəqabət aparacaq. Meta-nın yeni süni intellekt modeli hələ ilkin mərhələdədir. Lakin bu vəziyyətin yaxın gələcəkdə dəyişəcəyi gözlənilir.
Gemini ilə YouTube Music-i idarə etmək mümkün olacaq
Google şirkəti Gemini üçün YouTube Music əlavəsini istifadəyə verib. İndi musiqi dinləmək, mahnı tapmaq və çalğı siyahılarını yoxlamaq daha asan olacaq. Sadəcə Gemini-yə əmr verməklə istədiyiniz mahnını tapıb səsləndirə bilərsiniz.
Microsoft-un yeni Copilot tətbiqi mübahisələrə səbəb olub
Microsoft builki Build tədbirində təqdim etdiyi yeni Copilot tətbiqini bəzi Windows 11 istifadəçilərinə təqdim etməyə başlayıb. Bununla belə, bəzi istifadəçilər proqramın ChatGPT-ə çox bənzədiyini qeyd ediblər. Tətbiqin ortasındakı söhbət çubuğu və bir az daha rəngli dizaynı istisna olmaqla, iki tətbiq arasında böyük fərq olmadığı bildirilir. Qeyd edək ki, proqram hazırda Windows Insider proqramında sınaqdan keçirilir.
Volkswagen GTI Clubsport nümayiş olunub
Yeni Volkswagen GTI Clubsport modeli nümayiş olunub. Bu modeli ilk dəfə keçən həftə LinkedIn-də Volkswagen-in baş direktoru Thomas Schafer elan etmişdi. Qeyd edək ki, avtomobil haqqında texniki məlumatlar hələ ki paylaşılmayıb.