Bu "NASA"nın 2021-ci ildə kosmosa göndərdiyi Ceyms Vebb teleskopu tərəfindən kadra alınan ilk rəngli şəkildir.

Şəkil prezident Co Bayden tərəfindən ictimaiyyətə təqdim edilib. Şəklin tam keyfiyyətdə görüntüsü və haqqında ətraflı məlumat isə NASA tərəfindən yayımlanıb.

"NASA" tərəfindən verilən açıqlamada aydın olub ki, şəkildəki galaktika klasteri "SMACS 0723"nin 4.6 milyard yaşı var.

Şəkilin tam keyfiyyətdə endirmək üçün klikləyin və istədiyiniz ölçüdə endirin

Beləliklə, həmişəkindən daha kəskin və aydın görüntüləri bizə təqdim edən teleskop köməyi ilə kosmosun dərinliklərini daha detallı analiz etmə imkanımız yaranıb.  

Şəkil teleskopun "Near-Infrared" (yaxın-infrared) kamerası ilə 12.5 saata çəkilib.

Nəzərə çatdırmaq lazımdır ki, bundan öncə bir çox kosmik misiyalarda xidmət göstərən və göstərməyə də davam edən 32 yaşlı Habbl teleskopundan bu cür nəticəni əldə etmək üçün həftələrlə gözləmək lazım gəlirdi.

Posted 
Jul 12, 2022
 in 
Texnologiya
 category

Daha çox

Texnologiya

 kateqoriyasından

View All