Yaradıcılıq, texnologiya startap sahələri üzrə gündəmdə olan xəbərləri buradan izləyə bilərsiniz. Bu günün xəbərləri ilə qarşınızdayıq, xoş oxumalar!

UFAZ-da “Demo Day” tədbiri keçirilib

İyulun 16-da Azərbaycan-Fransız Universitetinin Sahibkarlıq və İnnovasiya Mərkəzində “Demo Day” tədbiri keçirilib. Tədbirdə “Ignite” inkubasiya proqramını uğurla bitirən altı startap komandası (“Toyda”, “Artopia”, “Qutu”, “Cupzz”, “Youngh” və “Goalplus”) innovativ ideyalarını və ilkin məhsullarını jüri üzvlərinə, potensial investorlara və partnyorlara təqdim ediblər.

Startapçılar təqdimatlarını başa vurduqdan sonra jüri üzvlərinin suallarını cavablandırıblar. Jüri üzvləri təqdimatlar və sual-cavab əsasında startapları qiymətləndiriblər və iki qalib müəyyən ediblər.

Tədbirin sonunda qalib startapların adları açıqlanıb. Birinci yerə “Goalplus”, ikinci yerə isə “Toyda” startapı çıxıb. Hər iki startap 5000 manat məbləğində ilkin toxum investisiya əldə edib.

Tədbirdə həmçinin UFAZ məzunu Ömər Nuruzadə həmtəsisçisi və direktoru olduğu “Nexus Lab” startapı ilə keçdiyi yolu və uğur hekayəsini qonaqlar və iştirakçılar ilə paylaşıb.

Qeyd edək ki, “Ignite” inkubasiya proqramı Azərbaycan-Fransız Universitetinin Sahibkarlıq və İnnovasiya Mərkəzi tərəfindən həyata keçirilən və ideya mərhələsindən minimum həyat qabiliyyətli məhsul mərhələsinə qədər yüksəlmək istəyən startaplar üçün nəzərdə tutulan üç aylıq bir proqramdır.

Azərbaycan-Fransız Universitetinin Sahibkarlıq və İnnovasiya Mərkəzinin həyata keçirdiyi proqramlardan və tədbirlərdən xəbərdar olmaq və müraciət etmək üçün mərkəzin instaqram hesabını izləyin:

https://www.instagram.com/ufazinnovation/

Konsolların satış rəqəmləri açıqlandı!

konsol-satis-rakamlari-2024-temmuz-2

"PlayStation 5" iyun ayında 360 378 ədəd satışla Avropada ən çox satılan konsol oldu. Bununla belə, ümumi satış rəqəmini 19,74 milyon ədədə yüksəlib. Ötən ilin eyni dövrü ilə müqayisədə isə 10,4 faiz azalma müşahidə olunub.

Keçən ay bütün Avropada satılan konsollar:

PlayStation 5 – 360,378 (19,735,596)

Switch – 149,298 (36,274,709)

Xbox Series X|S – 85,689 (7,779,775)

PlayStation 4 – 1,038 (45,854,820)

"WhatsApp" unikal istifadəçi adı xüsusiyyəti üzərində çalışır

How to use WhatsApp Web on the phone - Xiaomiui.Net

“WhatsApp” istifadəçilərinə digər sosial media platformaları kimi unikal istifadəçi adı yaratmaq imkanı təklif etməyi planlaşdırır. Bu yeni funksiya sayəsində istifadəçilər heç kimdə olmayan istifadəçi adı seçə biləcəklər. İstifadəçi adı seçsəniz belə, telefon nömrənizi bilən insanlar sizi hələ də WhatsApp-da tapa və sizinlə əlaqə saxlaya biləcəklər. Yalnız istifadəçi adınızı və ya telefon nömrənizi bilən insanlar sizinlə söhbətə başlaya biləcəklər. Hələlik bu yeni funksiya yalnız "WhatsApp Web" istifadəçiləri üçün hazırlanır.

“Azərişıq” Bakıda daha 12 nöqtədə enerji doldurma məntəqələri quraşdırır

Bu ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi və Bakı şəhərində keçiriləcək “COP 29” ərəfəsində paytaxtda və regionlarda enerji doldurma məntəqələrinin zəruri infrastrukturu yaradılır, həmin məntəqələr dayanıqlı elektrik enerjisi ilə təchiz edilir.

Bakıda daha 12 nöqtədə: Nərimanov rayonunda Atatürk parkı, Gənclik metro stansiyası, Aşıq Molla Cümə küçəsində, 215 saylı yarımstansiyanın yaxınlığında, Səbail rayonunda Nizami küçəsində və Ağ şəhər bulvarı dairəsində, Maştağa elektrik şəbəkəsinin ərazisində yerləşən 110/35 kV-luq “Sea Breeze” yarımstansiyasında və “Sea Breeze” yaşayış kompleksinin parkinq ərazisində, Xətaidə “Ağ şəhər-1” və “Ağ şəhər-2” yarımstansiyalarının ərazisində, Xəzər rayonunda Qala-Mərdəkan yolunun üzərində, Nəsimidə “Dağlıq” yarımstansiyasında, Nizami rayonunda Qara Qarayev küçəsində enerji doldurma məntəqələri quraşdırılıb, hazırda son tamamlanma işləri həyata keçirilir.

Xatırladaq ki, Bakıda 4 məntəqədə – “İçərişəhər”, “Yasamal 120” yarımstansiyalarının ərazisində, Tədris və İnnovasiyalar Mərkəzində, Xəzər rayonu, Buzovna qəsəbəsində enerji doldurma cihazları quraşdırılaraq istismara hazır vəziyyətə gətirilib. Paytaxtla yanaşı regionlarda – Yevlaxda, Salyanda və Qəbələnin Hacıallı kəndində, Qarabağ və Şərqi Zəngəzurda isə Füzuli, Cəbrayıl, Zəngilan, Şuşa, Xocavənd, Xocalıda bu məntəqələr quraşdırılıb.

Elektromobilləri şarj etmək üçün istifadə olunan bu qurğular “yaşıl enerji” ilə dəstəkləndiyi üçün ətraf mühitin qorunmasında mühüm rol oynayır. Həmçinin “Azərişıq” tərəfindən quraşdırılan yüksək gücə malik sürətli, sabit cərəyanlı məntəqələrdə elektromobillər qısa vaxtda, keyfiyyətli elektrik enerjisi ilə doldurulur.

Qeyd edək ki, cari il üçün ölkə ərazisində 147 nöqtədə enerji doldurma məntəqələrinin quraşdırılması nəzərdə tutulub. Bunlardan 69-u paytaxtın, 58-i regionların, 20-si isə Qarabağ və Şərqi Zəngəzurun payına düşür.

"WhatsApp" iPhone istifadəçiləri üçün yeni funksiya üzərində işləyir

"WhatsApp" iPhone istifadəçiləri üçün internet bağlantısı olmadan fayl paylaşmağa imkan verən yeni funksiya üzərində işləyir. WABetaInfo-nun verdiyi məlumata görə, “Nearby Share” funksiyası iOS üçün WhatsApp-ın ən son beta versiyasına daxil edilib.

Bu yeni funksiya hazırda yalnız daxili testlərdə mövcuddur və onun nə vaxt istifadəçilər üçün əlçatan olacağı barədə dəqiq məlumat yoxdur.

Naxçıvana aviabiletləri rəqəmsal şəxsiyyət vəsiqəsi ilə almaq mümkün olub

Naxçıvana aviabiletləri rəqəmsal şəxsiyyət vəsiqəsi ilə almaq mümkün oldu

Azərbaycanın milli aviadaşıyıcısı AZAL İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) ilə əməkdaşlıq çərçivəsində Naxçıvana səyahət edən vətəndaşlar üçün yeni imkan təqdim edir.

Belə ki, sərnişinlər AZAL-ın Bakıdakı kassalarında “mygov” tətbiqi vasitəsilə rəqəmsal şəxsiyyət vəsiqəsindən istifadə edərək Naxçıvana aviabilet əldə edə bilərlər. Yeni imkan yaxın gələcəkdə AZAL-ın Naxçıvandakı kassalarında da tətbiq olunacaq. Artıq sərnişinlərdən aviabilet alarkən fiziki olaraq şəxsiyyət vəsiqələrini daşımaq tələb olunmur. Şəxsiyyəti təsdiq edən lazımi məlumatlar “mygov” tətbiqi üzərindən təqdim edilə bilər.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı müvafiq Fərmana əsasən, vətəndaşların tələb olunan şəxsiyyət vəsiqəsi məlumatlarını “mygov” tətbiqi vasitəsilə təqdim etməsi fiziki şəxsiyyət vəsiqəsinin təqdim edilməsinə bərabər tutulacaq.  

Bu yenilik bilet alışı prosesini asanlaşdıracaq və müasir rəqəmsal dünyada məlumat təhlükəsizliyini yüksək səviyyədə təmin edəcək.

Məşhur "CS2" oyunu üçün yeniləmə yayımlanıb

CS2’s July 22 update revolutionizes Dust 2 for the CT side cover image

Məşhur FS oyunu "Counter Strike 2" üçün yeniləmə buraxılıb. "Dust_2", "Nuke", "Assembly", "Memento" xəritələrində və oyunun serverlərində dəyişiklikləri ehtiva edən bu yeniləmə ilə "Dust_2" xəritəsi də dəyişib. "Nuke" xəritəsində, eləcə də "Dust_2" xəritəsində "clipping" düzəlişləri edilib. "Assembly" və "Memento" xəritələri isə "Community Workshop"dan ən son versiyaya yenilənib.

Donald Trampın "Twitch" qadağası üç ildən sonra ləğv olunub

Twitch reinstates Trump's account ahead of the 2024 presidential election |  TechCrunch

"Twitch" ABŞ-nin keçmiş prezidenti Donald Trampın rəsmi hesabını yenidən aktivləşdirib. Qeyd edək ki, Trampın "Twitch" hesabı 2020-ci ilin iyununda müvəqqəti olaraq, daha sonra isə 6 yanvar iğtişaşından sonra qeyri-müəyyən müddətə qadağan edilmişdi.

Posted 
Jul 24, 2024
 in 
Daily
 category

Daha çox

Daily

 kateqoriyasından

View All