İ

nnovasiya və Rəqəmsal İnkişaf Agentliyi nəzdində Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi, Peşə Təhsili üzrə Dövlət Agentliyi və “WorldSkills Azerbaijan”ın birgə təşkilatçılığı ilə kibertəhlükəsizlik üzrə “Skills Azerbaijan” milli müsabiqəsinin finalı baş tutub.

Yarışlar Azərbaycan Kibertəhlükəsizlik Mərkəzində (AKM) həyata keçirilib. Kibertəhlükəsizlik sahəsində gənc istedadların üzə çıxarılması və yetişdirilməsi üçün keçirilən müsabiqə 17-24 yaş aralığında olan gənclər arasında baş tutub. Finala keçən komandalar Azərbaycan Kibertəhlükəsizlik Mərkəzində təlim-tədris prosesinə cəlb olunublar. Bu hərtərəfli təlim proqramı iştirakçıları beynəlxalq səviyyədə rəqabət aparmaq üçün lazım olan bacarıq və biliklərlə təchiz etmək məqsədi daşıyır.

Finalda hər biri 2 üzvdən ibarət 5 komanda yarışıb. Yüksək nəticə göstərən 1 komanda 2024-cü ilin sentyabrında Fransanın Lion şəhərində keçiriləcək 80-dən çox ölkənin qatıldığı nüfuzlu beynəlxalq “WorldSkills Lyon 2024” yarışmasında Azərbaycanı təmsil edəcək.  

Xatırladaq ki, yarışmanın noyabr ayında aparılan ilkin qeydiyyatı zamanı 148 nəfər müraciət edib və AKM-də aparılan imtahan prosesindən sonra ümumilikdə 24 nəfər (12 “Blue team” və 12 “Red team” olmaqla) “WorldSkills” milli yarışının yarımfinal mərhələsinə dəvət edilib.

“Skills Azərbaycan 2024” müxtəlif bacarıq istiqamətlərini əhatə edən gənclər arasında keçirilən milli yarışdır. Bacarıqlar arasında veb-texnologiyalar, 3D oyun sənəti, aşpazlıq, bərbər ixtisası, zərgərlik, qaynaqçı ixtisası və kibertəhlükəsizlik kimi sahələr yer alır.

Posted 
May 30, 2024
 in 
Daily
 category

Daha çox

Daily

 kateqoriyasından

View All