Yaradıcılıq, texnologiya və startap sahələri üzrə gündəmdə olan xəbərləri buradan izləyə bilərsiniz. Bu günün xəbərləri ilə qarşınızdayıq, xoş oxumalar!
"Apple" və "Meta" əməkdaşlıq edir?
“Wall Street Journal”ın məlumatına görə, "Apple" və "Meta" şirkətləri "Meta"nın süni intellekt modellərinin iOS 18-ə inteqrasiyası ilə bağlı danışıqlar aparır. Şirkətin bir sıra prestijli şirkətlərlə apardığı bu danışıqlar istifadəçilərin daha ətraflı məlumat əldə etmələri üçün nəzərdə tutulub.
"Apple"ın yeni eynəkləri nə vaxt təqdim olunacaq?
"Apple"ın illərdir gözlənilən gündəlik istifadəyə uyğun yüngül AR eynəkləri haqqında yeni məlumatlar gəlib. Bloomberg-dən Mark Qurman bugünkü “Power On” bülletenində “Apple”ın çoxdan gözlənilən artırılmış reallıq (AR) eynəkləri haqqında yeni təfərrüatları çatdırıb. Onun sözlərinə görə, Apple AR eynəkləri təxminən 2027-ci ildə buraxıla bilər.
AR eynəklərinin Vision Pro-dan nə ilə fərqləndiyi ilə maraqlana bilərsiniz. Bu cihaz daha yüngül eynək olacaq. Gündəlik istifadəyə uyğun və davamlı olaraq taxa biləcəyiniz bir cihaz olduğunu söyləyə bilərik. "Meta"nın Ray-Ban eynəklərinə bənzəyəcəyini söyləmək mümkündür. Bu cür eynəklərə kamera, bildiriş ekranı, dinamik və bir çox başqa funksiyalar daxil ola bilər.
iPhone 16 korpusunun dizaynı sızdırılıb
2024-cü ildə satışa çıxması gözlənilən iPhone 16-nın dizaynı yenidən sızdırılıb. Sosial mediada paylaşılan qısa video iPhone 16 korpus dizaynı ilə bağlı vacib detalları ortaya qoyur. iPhone 16 Plus-ın ekran ölçüsü hələ də müzakirə mövzusu olsa da, bu il hər iPhone modelinin ekran ölçüsündə dəyişiklik ola biləcəyi deyilir. İddialara görə, iPhone 16 Pro Max modelinin ekranı 6,9 düym ölçüsündə təqdim oluna bilər.
Korpus qəlibində görülən digər vacib detal, bütün iPhone 16 modellərinə gəlməsi gözlənilən yeni "Capture" düyməsi üçün ayrılmış yerdir. Şayiələrə görə, bu yeni düymə istifadəçilərə foto və video çəkməyə daha çox nəzarət etməyə imkan verəcək.
"TikTok"a yeni bir xüsusiyyət gəlir
"TikTok" yeni xüsusiyyəti ilə birgə restoranlar, otellər və alış-veriş üçün istiqamətlər təqdim edə biləcək. Əslində, "TikTok"da istifadəçilər öz coğrafi yerlərini paylaşımlarına əlavə edə bilərdilər. Boston, Nyu-York və Texas kimi bölgələrdə mövcud olan yeni funksiya ilə “qida və içkilər”, “otellər” və “mağazalar” kimi kateqoriyalarda axtarış etmək mümkün olacaq.
"TikTok"un bu yeni funksiyasının nə zaman hər kəs üçün əlçatan olacağı isə hələlik bilinmir.
Yuxu taymeri funksiyası nəhayət "YouTube"a gəlir
Yuxu taymeri "YouTube" tətbiqinə əlavə edilir. Android-də sınaqdan keçirilən taymer funksiyası ilə istifadəçilər müəyyən müddətdən sonra videonu dayandıra biləcəklər. Qeyd edək ki, “YouTube”un yuxu taymeri funksiyası hələ ki inkişaf mərhələsindədir və onun rəsmi olaraq nə vaxt istifadəyə veriləcəyi bəlli deyil.
YouTube Music 2023-cü ilin fevralında yuxu taymeri funksiyasını əlavə etmişdi. Bununla belə, "YouTube Music"də taymer seçimləri 5 dəqiqə, 15 dəqiqə, 30 dəqiqə və 1 saatla məhdudlaşdırılıb. Taymerin vaxtı bitdikdən sonra istifadəçilər ya vaxtı sıfırlaya və ya “OK” düyməsinə toxunaraq videoya baxmağa davam edə bilərlər.