Apple Pay Twitter-də marketinq kampaniyası keçirməyə başlayıb
Apple şirkəti Apple Pay ödəmə xidməti üçün yeni marketinq strategiyası həyata keçirir. Bu yeni yanaşma istifadəçilərin Apple Pay-ın üstünlüklərindən daha çox xəbərdar olmasına və istifadə etməyə başlamasına kömək etmək üçün nəzərdə tutulub. Twitter-də həyata keçirilən marketinq kampaniyası, xüsusilə rəqəmsal pul kisələrindən istifadənin artdığı günümüzdə mühüm addım hesab olunur.
Elon Musk ödəniş strategiyasını yeniləyir
Twitter və ya yeni adı ilə “X” ödəmə üsullarını yenidən nəzərdən keçirərək yeni qərar qəbul edib. Musk şirkətlərə göndərdiyi poçtla rozetlərlə bağlı gətirdiyi strategiyanı açıqlayıb. Şirkət müəssisələr üçün sarı rozetli hesabların ödənişlərini 1 ay gecikdirsələr, rozetlərinin silinəcəyini açıqlayıb. Son zamanlar adı tez-tez məhkəmələrdə hallanan “X” bu yeni qayda ilə öz iqtisadi tarazlığını qorumağı hədəfləyir.
Avtomobil şirkətləri enerji doldurma stansiyaları yaratmaq üçün bir araya gəldi
Aparıcı avtomobil şirkətləri enerji doldurma stansiyaları yaratmaq üçün birgə işə başlamaq qərarına gəliblər. ABŞ-da yaşayan elektrik avtomobil sahiblərinin rahatlıqla əldə edə biləcəyi şarj stansiyaları qurmaq istəyən şirkətlər şarj stansiyalarının quraşdırılmasını şəhər daxilində və magistral yolun yaxınlığında yerləşdirəcəklərini qeyd ediblər. Şirkətlər arasında Mercedes-Benz, BMW, Honda, General Motors, Hyundai, Kia və Stellantis NV yer alır.
"Baykar” şirkəti azərbaycanlı mühəndislərə dəstəyini davam etdirir
“Baykar” şirkətinin Azərbaycan tərəfi ilə əməkdaşlığı davam edir. APA-nın Türkiyə müxbiri xəbər verir ki, bu barədə İstanbulda keçirilən “IDEF-23” 16-cı Beynəlxalq Müdafiə Sənayesi Sərgisi çərçivəsində “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktar danışıb. O azərbaycanlı mühəndislərin "Baykar"ın dəstəyi ilə ağıllı pilotsuz sistemlərin inkişafı üzərində çalışdıqlarını qeyd edib.
iPhone 15 modellərinin kamera xüsusiyyətləri sızdırılıb
Son məlumatlara görə, iPhone 15 kameraları üçün xüsusi linzalardan istifadə ediləcək. iPhone məlumatlarını əvvəlcədən sızdırmaqla məşhur olan Ming-Chi Kuo-nun sözlərinə görə, iPhone 15 və iPhone 15 Plus "Stacked CIS Design" adlı xüsusi hazırlanmış kamera texnologiyası ilə gələcək. Bildirilib ki, cihazın əsas kamerası 48 meqapiksel olacaq. Bundan əlavə, bu linza daha çox işığı udmaq qabiliyyətinə malikdir. Bu, xüsusilə aşağı işıq performansının əhəmiyyətli dərəcədə artacağı deməkdir.
“Women in Tech Qlobal” WIT Qafqaz və Mərkəzi Asiya Mükafatlarının ilkini təşkil edir
Women in Tech-in təsisçisi Ayumi Mur Aoki deyir: “Dünyanın hər yerindən bu sahəyə yenilik gətirən, ilhamlandıran qadınları qeyd etməklə texnologiya sahəsində gender fərqini aradan qaldırmağın vaxtı çatıb”. Mükafatlandırma mərasimi 22 sentyabr 2023-cü il tarixində Gürcüstanın Tbilisi şəhərində keçiriləcək. Müraciət üçün son tarixin 30 iyul olduğu bildirilib. Qeydiyyatdan keçənlər Qlobal Mükafatı qazanmaq şansını əldə edəcəklər.
Elektrikli “Honda S2000” ilin sonuna qədər təqdim olunacaq
Elektrik avtomobillərin sayı günü-gündən artarkən, markalar məhsul çeşidlərinə yeni modellər əlavə etməyə davam edir. Bu prosesdə Honda elektrikli avtomobillərə keçidlə bağlı gələcək planlarını bölüşüb. Yaponiyanın avtomobil istehsalçısı Honda 2023-cü ildə 75 illik yubileyi şərəfinə yeni elektrik avtomobilini təqdim etməyi planlaşdırır. Honda S2000-in izlərini daşıyan elektrik avtomobili haqqında hələ ki, brenddən ətraflı izahat gəlməyib.
Dünyanın ən böyük kommersiya peykinin uçuşu təxirə salınıb
SpaceX "Jupiter 3 / EchoStar" peykinin buraxılışı gerçəkləşə bilməyib. Kennedi Kosmik Mərkəzində buraxılması planlaşdırılan dünyanın ən böyük kommersiya peyki "Jupiter 3 / EchoStar"ı daşıyan SpaceX-in Falcon Heavy raketinin buraxılışı təxirə salınıb. Uçuşun 28 iyul Azərbaycan saatı ilə 07:00 olması gözlənilir.