Yaradıcılıq, texnologiya və startap sahələri üzrə gündəmdə olan xəbərləri buradan izləyə bilərsiniz. Bu günün xəbərləri ilə qarşınızdayıq, xoş oxumalar!
Instagram Reels videolarının müddətini artırmağı düşünür
Görünür, Instagram-da izlədiyimiz Reels videoları daha uzun olacaq. İlk çıxdığı zaman 15 saniyəlik şaquli video formatı olan Reels daha sonra 30 saniyə, 60 saniyə və nəhayət 90 saniyəyə qədər uzadıldı. Bildirilib ki, şirkət Reels videolarını 3 dəqiqə, hətta 10 dəqiqə etmək üçün testlər həyata keçirir.
Bu çadıra maşın da girə bilir
Böyük şişmə Magic Fort çadırları 40 kvadrat metrlik sahəyə sahibdir. Bu nəhəng şişmə çadır həm sığınacaq, həm də qaraj kimi xidmət göstərir. Bundan əlavə, çadırda qalan hər kəs əylənmək və ya sadəcə istirahət etmək üçün kifayət qədər yerə sahib olacaq.
Thecatal-ın dizaynı olduqca unikal olsa da, sadə düşərgə təcrübəsini sevənlər üçün bir qədər böyük, mürəkkəb və bahalı görünə bilər. Bu çadırlar böyük ailələrin və ya tədbir keçirənlərin seçimi ola bilər. Magic Fort qatlandıqda, 55 kq ağırlığında 2 ayrı çantada daşına bilər.
Artıq X-də mesajları sürüşdürərək cavablaya biləcəksiniz
X (Twitter) üçün ən son yeniləmə ilə mesajın sürüşdürülməsi ilə cavab funksiyası gəldi. DM-lərə cavab vermək üçün gələn mesajı sürüşdürməyə imkan verən yeni funksiya artıq iOS və Android tətbiqlərində aktivdir. Proqramı yeniləyərək bu xüsusiyyətdən istifadə edə bilərsiniz.
Google Pixel 8-in təqdimat tarixi açıqlandı
Google süni intellektlə işləyən yeni Google Pixel 8 smartfon modelini təqdim edəcəyi tarixi rəsmi olaraq açıqladı. Google-un açıqlamasına görə, oktyabrın 4-də keçiriləcək "Made by Google" tədbiri çərçivəsində Pixel 8 və Pixel 8 Pro modellərinin təqdimatı keçiriləcək. Nyu Yorkda keçiriləcək tədbirdə həmçinin ikinci nəsil Pixel Watch da təqdim olunacaq.
Witcher 4 üçün yeni bir inkişaf elan edildi
Witcher seriyasının tərtibatçısı CD Projekt Red dördüncü oyunun inkişaf mərhələsinin sürətləndiyini açıqladı. Qeyd edək ki, CD Projekt Red Witcher seriyası üçün yeni əfsanənin təxminən 1,5 il əvvəl 2022-ci ilin martında başlayacağını açıqlamışdı. Hazırda 200-dən çox tərtibatçı Witcher 4-ün inkişaf prosesində bu layihənin tamamlanması üçün iştirak edir.