Artıq “Instagram”da milyonlarla insanla ünsiyyət qura bilmək şansımız var ikən bu sualı özünüzə tez-tez verə bilərsiniz: Bu işdən necə pul qazanmağa başlaya bilərəm?

“Insider” platforması 3000 izləyicidən az kütləsi olan influenserlərdən bu barədə müsahibə alıb. İnfluenserlər qeyd edirlər ki, hətta az kütlə ilə belə onlar brendlərlə əməkdaşlıq edə bilirlər.

Məsələn Kayla Compton adlı influenser hələ 2 min izləyicidən az kütləyə malik ikən “PuraVida” adlı markanın brend ambassadoru olub. O qeyd edir ki, hər PR paketinin reklamı üçün 250 dollar qonorar alıb. Bundan əlavə isə onun izləyiciləri xüsusi linklərə və endirim kodlarına çıxış əldə edə biliblər.

Əvvəllər “Instagram”da müəyyən izləyici kütləsinə sahib olan şəxslər link paylaşırdısa, artıq bu funksiya oktyabrdan bəri dəyişib. Artıq hər bir istifadəçi hekayədə link paylaşa bilir və bu da kiçik kütləli influenserlərə daha çox imkan təqdim edir.

Həmçinin “Instagram” bəzi influenserlərə birbaşa ödəniş edir. Ödəniş edilən proqram reel videoları üçün istifadə edilən bonus proqramıdır.

Bu gün bir çox influenserlər hətta minlərlə izləyiciyə sahib olmadan da pul qazana bilirlər.

Səbəblərinə birgə baxaq:

- “Nano” və “mikro” influenserlər (əsasən, 100 min izləyicidən daha aşağı kütləsi olan) bir çox beynəlxalq brendlər tərəfindən əməkdaşlığa cəlb olunur. Bu cürə fəaliyyət göstərən influenserlər daha niş və interaktivi bol olan auditoriya ilə çalışdıqları üçün bu, brendlərə daha maraqlı görünə bilir.

- “Instagram” multi-milyard-dollar büdcəyə sahibdir və influenserlərə 1 milyard dollara yaxın investisiya edəcəyinə dair açıqlama edib.

- Hekayələrə əlavə edilən linklər hazırda əvvəlki dövrlərdən qat-qat çox istifadə edilir. Hətta “Instagram” hazırda öz link marketinq proqramı üzərində işləyir. 

Posted 
Jun 30, 2022
 in 
Məqalələr
 category

Daha çox

Məqalələr

 kateqoriyasından

View All