W

indows-un məşhur mavi ekranı tarixə qovuşur...

"Microsoft" "Windows 11"in 24H2 yeniləməsi ilə məşhur "mavi ekran"ı (BSOD) dəyişdirərək onun yerinə qara arxa fonlu yeni bir versiya təqdim edib.

Windows 10 Bluescreen

Əvvəlki versiyada olan QR kodun çıxarılması isə IT mütəxəssisləri üçün problemlərin diaqnozunu çətinləşdirə bilər. Bəzi istifadəçilər bu dəyişikliyin Windows-un yeniləmə ekranına bənzədiyini və lazımi məlumatları kifayət qədər əks etdirmədiyini bildiriblər. Microsoft-un bu dəyişiklik qərarının səbəbi hələ dəqiq bilinmir, lakin rəsmi forumlarda istifadəçilərin etirazları artmaqdadır. Bir çoxları, daha əvvəlki ekran stilinin geri qaytarılmasını tələb edir. Şirkətin bu reaksiyalara necə cavab verəcəyi isə hələlik sual altındadır.

Posted 
Apr 1, 2025
 in 
Texnologiya
 category

Daha çox

Texnologiya

 kateqoriyasından

View All