“Instagram” ödənişli izləyicilərə ekskluziv kontentlər təqdim edir.
Artıq “instagram” kontent yaradıcılarına edəcəkləri post və ya “reels” paylaşımlarını ona abunə olan izləyiciləri üçün ekskluziv etmək imkanı verəcək.
Bu cür kontentlər yalnız aylıq ödənişlə abunə olan istifadəçilər üçün əlçatan olacaq. Abunəçilər məzmun yaradıcısının bütün seçilmiş kontentlərini (Canlı yayım təkrarlarını, postları, “reels”ləri) onlar üçün xüsusi olan bölməyə keçid edərək izləyə biləcək.
Bundan əlavə məzmun yaradıcısı istədiyi halda, ona abunə olan izləyiciləri ilə 30 nəfərə qədər qruplar yarada, onlarla xüsusi yazışmalar edə bilər.
Hələ yalnız Amerika seqmenti üçün istifadəyə verilən bu xidmətin yaxın günlərdə digər bölgələrdə də aktiv edilməsi gözlənilir.
Daha çox
Texnologiya
kateqoriyasından
View All