H
ər vaxtınız xeyir, "Trilogy.news" oxucuları. Bu günkü "influnser müsahibələri" rubrikamızın qonağı moda və gözəllik bloqqeri Pərvanədir. Fürsətdən istifadə edərək, təklifimizi qəbul edib, müsahibəmizdə iştirak etdiyi üçün Pərvanəyə də təşəkkürlərimizi bildiririk.
Xoş mütaliələr!
Özünüz barədə bizə biraz məlumat verə bilərsiniz?
Adım Pərvanə, moda/gözəllik və həyat tərzi trendləri, moda tarixi haqqında bloq yazarı, rəqəmsal kontent yaradıcısıyam. Bundan başqa beynəlxalq şirkətdə "full time" bir işim var. Yuli Sezardan "multitasking" dərsləri almışam.
Sizcə influnser kimdir? İnflunser nəyi etməli, nəyi etməməlidir?
İnflunser onu izləyən kütləyə bu və ya digər ideyanı/düşüncə və zövqü aşılayan, kütlənin güvənini qazanmış şəxsdir. İnflunser özü özünü elan etmir, izləyici kütləsi onu “təyin edir” . İnflunser güvən yaratmalıdır və onu qorumalıdır, bunun da bir yolu var şəffaflıq və etik biznesi gözləmək.
Necə uğurlu influnser olmaq olar?
Nəyi və necə "influence" etdiyinə diqqət edərək. Təbii ki, zamanının irəlisində olmalıdır. Hərkəs edərkən etmək yox, yeniliyi başladan olmalıdır.
İnflunser olmağa necə qərar verdiniz?
Modanı özümü tanıyandan oxuyub izləyirdim, illər əvvəl Azərbaycan və Türk forumlarında məqalələr yazırdım. Niyyətim jurnal yaratmaq idi. Sonra iş buralara gəldi:) Sosial media açıq aydın qalibdir.
Azərbaycanda influnser olmaq sizcə çətindir yoxsa asan?
Çətindir :) 2015-16-da isə daha çətin idi. Kütlənin ümumi seçim və zövqləri son illər daha yaxşıdır:) Bir məsələ də, işin marketinq tərəfidir. "Digital" hər şeyə ölkəmiz yeni addım atır, sosial media marketinqinə həmçinin, təəssüf ki, burada ciddi boşluqlar var və sözsüz, əməkdaşlıqlara təsir edir. Bazarın kiçik olması limitləyir, dünyadakı əməkdaşlıq səviyyəsini burda nadirən görürük. Kiçik bazar= kiçik büdcə. Amma müsbət cəhəti də rəqabətin az olmasıdır. Türkiyə, Rusiya bazarına nisbətən burada öz “niche”ini tapsan, rəqibin az olacaq.
Sosyal mediadan başqa nə işlə məşğul olursunuz?
Sosial media mənim işdən kənar hobbim idi, indi ikinci işim deyərdim. Əsas işim var, 10 ildən çoxdur inkişaf edən karyeram var:)
Özünüzü 1 sözlə ifadə etməli olsanız, bu hansı söz olardı?
Lifelong learner :)
İndiyə qədər etdiyiniz ən maraqlı və ən uğurlu layihə hansıdır?
Bu barədə şanslıyam. Çünki çox uğurlu layihələrim olub, həmçinin ölkəmizdə təmsil olunan beynəlxalq və çox güclü markaların demək olar əksəri ilə çalışmışam. Biraz da mənə bağlıdır. Çünki çox ciddi filterdən keçirirəm əməkdaşlıq edəcəyim markaları. 2021-ci il üçün desəm, "Cartier" markasının "Love şəhəri" layihəsi olduqca emosional və dərin mənalı idi. Ömürlük xatirələrimə yazıldı hətta.
Dünyada və Azərbaycanda hansı influnserləri bəyənirsiniz?
"Follow" siyahımdan görə bilərsiniz ☺️
İnflunserlər olmaq istəyənlərə məsləhətiniz nə olardı?
Burada verəcəyim məsləhət ola bilməz, hərkəs öz qəlbini və məntiqini dinləsə düzgün olar.
İnsanlar sizi hansı platformalarda tapa bilərlər?
"Instagram"la kifayətlənirəm və heç yadıma düşməyən "Tiktok" hesabım var :)
Daha çox
Müsahibələr
kateqoriyasından
View All