“Ziv4” tam olaraq hansı işləri görür? Ümumiyyətlə, sistem barədə bilmək maraqlı olardı bizim üçün. Bu sistemin xüsusiyyətləri nədir? Niyə görə məhz “Ziv4”ü istifadə etməliyik. Bu cavabı kriptovalyuta dünyasına uzaq olan oxuyucularımızın da başa düşməsini istərdik.

"Ziv4" kriptovalyuta investorlarının/traderlarının bütün ehtiyaclarına tək bir nöqtədə həll tapan, Web3 yönümlü maliyyə proqramıdır. Ona Z-Wallet, Z-Trade, Algo Zero, Z-Card ve Z-Ref olmaqla 5 fərqli xidmət/məhsulu daxildir.
Z-Wallet: 13 böyük kriptovalyuta bazarındakı hissələrinizi (BTC/ETH/AVAX/USDT və s.) tək bir ekranda görməyinizi reallaşdıran bir tətbiqdir. Onu “App Store” və “Google Play”dən yükləyə bilərsiniz.
 Z-Trade: 13 böyük kriptovalyuta bazarındakı, müvafiq birjaya qeydiyyat etməyə ehtiyac olmadan bir toxunuşla ticarət imkanı verən, çoxistifadəli interfeysə malik tətbiqdir.
Algo Zero: Biz yatarkən belə pul qazanmağımızı reallaşdıran alqoritmlər ilə 7/24 avtomatik olaraq alqı-satqı etməyimizi gerçəkləşdirən proqramdır.
 Z-Card: Kriptovalyutalarda olan yatırımlarınızı, nə vaxt istifadə etmək istəsəniz, saniyələr içində hesabınıza keçib, sizə özəl olaraq hazırlanmış kartınız ilə ödənişinizi reallaşdıra biləcəyiniz məhsulumuzdur.
 Z-Ref: Normal şərtlərdə birjaların əməliyyatlardan aldığı komissiyaların Ziv4 vasitəsilə minimuma endirilmiş vəziyyətdə istifadəsinə imkan verir, istəyəndə isə bu tətbiqdən pulunuzu nağd olaraq geri ala bilərsiniz.

Ziv4” komandasında kimlər var? Bizə biraz özünüzdən və komandanızın hazırkı işlərindən bəhs edə bilərsinizmi? 

Universitetdə psixologiya tələbəsi olanda 22 yaşımda sahibkarlığa başlamışam. İlk təşəbbüsümüz “Konfransın İzlənməsi” adlı təhsil platforması oldu. 2 il sonra “Sugar Tech”ə (sugartech.io) ortaq olaraq yoluma davam etdim. 2,5 il “Sugar Tech”də Marketinq və Biznes Developmentdə məsul həmtəsisçi kimi xidmət etdikdən sonra hissələrimi satıb, dünya turuna çıxmağa qərar verdim. Ancaq Küveyt və Tanzaniya ilə başlayan səyahət, Covid səbəbi ilə sonlanmaq məcburiyyətində qaldı. Mən də əvvəl də maraqlandığım və yaxşı qazanc əldə etdiyim kripto valyuta sahəsində daha çox iş görmək istədim. Beləliklə, “Sugar Tech”də birlikdə çalışdığımız Ömər ilə (“Ziv4”dəki baş icraçı direktorum) yeni bir yola çıxaraq "Ziv4" üçün işləməyə başladıq (2020).
Ömər sahibkarlıq və korporativ təcrübəsi olan CTO ( Chief Technology Officer) rolunda bizim qurucu ortağımızdır.
Həsən - Product Owner
Kaan - Backend Developer
Kərəm və Furkan - Community Guy
İsa Kaan - Frontend Developer
Doğukan ve Faruk - Analyst
Kamer – Gem Expert

Komanda olaraq necə bir iş modeliniz var? Pandemiya zamanı və sonrasında iş prosesinizdə nə kimi dəyişikliklər oldu?

Biz onsuz da pandemiya dövründə qurulan bir müəssisə olduğumuz üçün son dərəcə "remote" olaraq işləyirik. İş modelimiz də ilk gündən bəri eynidir. Mən və Ömər bu yaxınlarda Azərbaycan – Türkiyə  –  Estoniya arasında gediş-gəliş də edirik. Kərəm, Kaan və Həsən İstanbulda, Furkan isə İzmirdə yaşayır. Biz həm B2B, həm də B2C gəlirləri olan bir müəssisəyik.

Kriptovalyuta bazarı uzun müddətdir bir düşüş yaşayır, kriptoya olan güvənin də azaldığını deyə bilərik. Bu barədə biraz danışa bilərsiniz?

Əlbəttə, Kripto pullar var olandan bəri yüksək risk daşıyırlar. Bu səbəblə təcili ehtiyac olan, itirilərsə, böyük probremlər yaradacaq valyutalar ilə yatırım etməmək son dərəcə vacibdir. Amma onlara olan güvənin artması ya da azalmasının o qədər də mənası yoxdur, çünki onsuz da yatırım edənlər riskli yatırımları sevən şəxslərdir. Bundan əlavə, Davranış Maliyyəsi üzrə davam edən söhbətlərimə əsaslanaraq bunu deyə bilərəm ki, ani qiymət yüksəlişi bütün bu olanları çox sürətli şəkildə insanlara unutduracaq.  

Azərbaycandakı kriptovalyuta bazarını dəyərləndirə bilərsiniz? “Binance” kimi böyük mübadilə vasitələri hal-hazırda demək olar ki, rast gəlinmir. İnsanların alış-veriş sistemləri necədir? 

"Ziv4" əsasən istifadəçilərin ehtiyac duyduğu məhsulları hazır edir. Bu səbəblə də Azərbaycandakı varlığımız əlbəttə sadəcə genişlənmək deyil, eyni zamanda da orta-uzun  müddətli hədəflərin toxumlarını əkməkdir. İndilik daha çox ipucu verməyək, amma Bakı üçün planlarımız çox böyükdür.

Əksər insanlar kriptovalyuta istifadəsindən çəkinirlər və ya ümumiyyətlə istifadə etmirlər, inanmırlar. Həmin insanların güvənini artırmaq üçün nələr edirsiniz?

Kriptovalyuta sektorundan gəlir əldə etmək üçün şüurlu olmaq, təhsil almaq və etibarlı şirkətlər ilə çalışmaq çox önəmlidir. Biz "APİ" dediyimiz körpü kodları ilə istifadəçilər və birjalar arasında yer alan bir müəssisəyik. Tamamilə etibarlı olmaq naminə istifadə etdiyimiz heç bir "APİ"də geri çəkilmək icazəsi yoxdur. Beləliklə, yatırımlarınız birjada və ya pul kisənizdə təhlükəsiz şəkildə qorunmağa davam edəcək.

“FTX case”i və məhkəməsi ilə bağlı nə düşünürsünüz? Ortada çox büyük bir çəkişmə və belə baxanda güvənimizi azaldan bir proses var. Müştərilər hansı kriptovalyutaya yatırım etməli olduqlarını və onlara güvənəcəklərini necə bilə bilərlər?

Kriptovalyuta ekosistemi öz-özlüyündə bir-birini böyüdən çoxsaylı ünsürlərə sahibdir. Ona görə də öz problemlərinin həllində ən fəal rol oynaya bilən aktyor da elə özüdür. Sualınıza gəldikdə isə: "FTX"in ya da hər hansı bir birjanın çökməsi ilə pul itirmək mümkündür, lakin digər tərəfdən, sistemin öz həll yolları var, məsələn, mərkəzləşdirilməmiş birjalar. "Ziv4"ün də ortaqlarından olduğu "dYdX Türkiyə" birjasında (əgər mərkəzi birjalara güvənmirsinizsə, ya da qorxursunuzsa) rahatlıqla pul kisənizi öz üsulunuzla bağlayaraq etibarlı şəkildə istifadə edə bilərsiniz. Önəmli olan kripto pullarda əsas texnologiya və onun həyata qazandırdıqlarına inanmaqdır. Pul həmişə qazanılır, önəmli olan isə dəyər yaradaraq pul qazanmaqdır.
Posted 
Mar 29, 2023
 in 
Müsahibələr
 category

Daha çox

Müsahibələr

 kateqoriyasından

View All