H

ər il Sloveniyanın Portoroz şəhərində keçirilən Beynəlxalq “Golden Drum” yaradıcılıq festivalı bu il oktyabr ayının 10-u baş tutacaq. 2022-ci ildə baş tutmuş bu festivalda 4 layihə əbədi mükafatla təltif olunub, 9 layihə isə fərqləndikləri üçün xüsusi mükafatlara layiq görülüblər. Artıq 29-cu dəfədir keçiriləcək festivalda bu il ölkəmiz də təmsil olunur. “Endorphin” reklam agentliyinin qurucusu Orxan Kərimov da münsiflər heyyətinə üzv olaraq dəvət olunub. Həmyerlimizə bu festivalda uğurlar arzu edirik!

Dünyanın ən önəmli yaradıcılıq festivallarından birinə münsif kimi dəvət edilmisiniz. Bu barədə nə hiss edirsiniz? 

Düzünü desək, bu dəvətin gələcəyini uzun müddətdir ki, gözləyirdim və məncə, vaxt gəlib çatmışdı. Bu önəmli festivalın sektorumuz üçün dönüş nöqtəsinə çevrilməsini və bütün iştirakçılar üçün unudulmaz bir təcrübə olmasını arzu edirəm. Həmçinin bu yeniliyin sektorumuzda müsbət dəyişikliklərə ilham verəcəyinə və sektorun inkişafını sürətləndirəcəyinə də inanıram. Elə buna görə də bu il “Golden Drum”da Azərbaycandan daha çox iş görmək üçün səbirsizlənirəm. 

Son dövrlərdə bir çox festivallara münsif kimi dəvət edilirsiniz və müxtəlif ölkələrdən yaradıcı insanlarla görüşmək fürsətiniz olur. Bəs onlar Azərbaycan sektorunu izləyirmi, buradan nə dərəcədə xəbərdardırlar?  

Məsələn, ötən il “Cannes Lions" yaradıcılıq festivalında Azərbaycan adına ölkəmizi tanıtmaq fürsəti əldə etdiyimizi anladım. Həm Kanadadan, həm də Avstraliyadan gələn iştirakçılar ölkəmizdə keçirilən tədbirin keyfiyyətini təqdir edib, həyəcanla izlədiklərini dilə gətirirdilər. Lakin təəssüf ki, markalarımız və agentilklərimizi dünyada tanıdacaq, önəmli bir nailiyyət əldə edə bilməmişik. Buna görə də bu sahədə daha çox inkişaf əldə etmək üçün birlikdə çalışmağımız lazımdır. Xüsusilə gənclərimiz bu mövzuya daha çox önəm verməli və daha çox təşəbbüs göstərməlidirlər. 

Sizcə, bu cür festivallarda Azərbaycanın təmsil olunması ölkənin reklam və yaradıcılıq sahəsinə necə təsir göstərir? Məsələn, Azərbaycanda bu sahədə çalışan şəxslər bu irəliləyişləri görüb dəstək olmaq üçün sizinlə əlaqə saxlayırlar?

Səmimi olsaq, təxminən 5-6 ildir reklam və yaradıcılıq sahəsində ciddi işlər görürəm. Amma ölkənin bu sektordakı problemlərini tək həll etməyim mümkün deyil və bu məsələdə mənə haqq verəcəyinizi də düşünürəm. Təəssüf ki, xüsusilə 2014 devalvasiyası və pandemiyadan sonra ölkəmizdə ciddi geriləmələr özünü göstərir. Bu vəziyyətdə dövlət qurumlarının və özəl sektorun dəstəyi və iştirakı son dərəcə önəmlidir. Əgər elə indi yatırım etməsək, gələcəkdə ciddi risklərlə qarşılaşa bilərik. 

Bəs nə vaxtsa "Golden Drum" mükafatını ölkəmizə gətirə bilərik? 

Cəsarətli markalarımız və agentliklərimizin də dəstəyi ilə reklam və yaradıcı sənayenin canlanması üçün gərəkli addımları ata bilərik. Bu il belə bu nailiyyəti qazanmaq mümkündür, niyə də yox? Amma bunun üçün sektordakı bütün məsul şəxslər bir araya gəlib, iş birliyi nümayiş etdirməlidirlər. Çünki birlikdə işləyərək ölkəmizin reklam sektorunu daha da inkişaf etdirə bilərik.

Posted 
Mar 6, 2023
 in 
Müsahibələr
 category

Daha çox

Müsahibələr

 kateqoriyasından

View All