Yaradıcılıq, texnologiya startap sahələri üzrə gündəmdə olan xəbərləri buradan izləyə bilərsiniz. Bu günün xəbərləri ilə qarşınızdayıq, xoş oxumalar!

İlon Maskın köhnə işçilərinə nə qədər borcu var?

Məhkəmə qərarına əsasən, İlon Mask köhnə "Twitter" işçilərinə 500 milyon dollar təzminat ödəməli olmayacaq. Mask 2022-ci ildə "Twitter"i aldıqdan sonra 6000-dən çox işçini ixtisar etdiyi üçün bir neçə məhkəmə iddiası ilə üzləşmişdi. Keçmiş işçilər iddia edirdilər ki, şirkət onlara vəd edilən təzminatı ödəməyib. Bununla belə, federal hakim Maskın şirkətinin bu zərəri ödəməli olmadığına qərar verib.

"Neuralink" cihazı tezliklə başqa bir xəstəyə implantasiya ediləcək

The Neuralink website

"Neuralink" şirkəti uzun müddətdir ki, insan beynini kompüterlərlə birləşdirəcək infrastruktur üzərində işləyir. Dünən bu mövzuda açıqlama verən İlon Mask cihazın bir həftə ərzində ikinci xəstəyə implantasiya ediləcəyini açıqlayıb. Qeyd edək ki, bu yenilik ilə bağlı ətraflı məlumat hələlik qeyd olunmayıb.

“40W” şarj dəstəyi iPhone 16 Pro seriyasında təklif oluna bilər

iPhone 16 Pro Price, Launch Date, Design, Rumours, Features, Latest Leaks  And More | Times Now

Çindən gələn iddialara görə, sentyabr ayında keçiriləcək tədbir çərçivəsində təqdim olunacaq iPhone 16 Pro modellərində “40W” şarj dəstəyi təklif oluna bilər. Telefonların “MagSafe” ötürmə gücünün (simsiz) indiki kimi 15W deyil, 20W olacağı iddia edilir.

"Apple" və "Google" razılığa gəliblər

Apple, Google partner on an industry specification to address unwanted  tracking - Apple

"Apple" artıq bir müddətdir ki, istifadəçilərə şəkillərini "Google Photos"a köçürməyə icazə verir. İndi bu proses tərsinə çevrilib. "Google Photos" tətbiqinə təqdim edilən yeni funksiya ilə artıq bütün şəkillərinizi asanlıqla iOS-a köçürə biləcəksiniz. Dəstəklənən fayl növlərinə JPEG, PNG, GIF, WebP, AVIF və əksər RAW faylları, həmçinin MP4, MOV, M4V, MPG, MKV kimi video formatları daxildir. Fayl formatlarınız belə olduğu müddətcə bütün fayllarınız keçid zamanı iOS-a köçürüləcək.

"CoD Modern Warfare 3" "Xbox Game Pass" xidmətinə əlavə edilə bilər

call-of-duty-black-ops-6-woods

İddialara görə, "Modern Warfare 3" də "Xbox" "PC Game Pass"a əlavə ediləcək. Bu onu göstərir ki, "Modern Warfare 3" oyunu "Microsoft"un "Activision-Blizzard"ı almasından sonra "Game Pass"a əlavə olunan ikinci "Call of Duty" oyunu olacaq.

"Microsoft" həmçinin "Call of Duty: Black Ops 6"nın "Xbox Game Pass" kitabxanasına birinci gün əlavə ediləcəyini açıqlayıb.

Posted 
Jul 11, 2024
 in 
Daily
 category

Daha çox

Daily

 kateqoriyasından

View All