Yaradıcılıq, texnologiya və startap sahələri üzrə gündəmdə olan xəbərləri buradan izləyə bilərsiniz. Bu günün xəbərləri ilə qarşınızdayıq, xoş oxumalar!
Hesab silinməsi xüsusiyyəti nəhayət "Threads"ə gəlir
Meta "Threads"i iyul ayında işə saldı. "Threads" tətbiqi ilə bağlı istifadəçilər üçün xoşagəlməz bir vəziyyət var idi. Hesabın silinməsi prosesində "Instagram" hesabını da silmək lazım idi. Hamı bunu bilə-bilə (bir çoxumuz bilmədən) proqramı yüklədi, sonradan isə ən böyük şikayət hesabın silinməsi ilə bağlı oldu. Bu problem sonunda həll olunur. Meta nəhayət Threads-in gözlənilən hesab silmə funksiyasını istifadəyə verəcək.
“WhatsApp” bir çox yeni funksiyalar üzərində işləyir
WhatsApp dizayn da daxil olmaqla bir çox yeni funksiyalar inkişaf etdirir. Şirkət yeni interfeys dizaynı üzərində aktiv şəkildə işləməyə davam edir. Bu interfeysdə simvolik yaşıl tonu vurğulayaraq daha sadə, lakin müasir görünən struktura keçəcək. Yeni interfeysin yuxarı sol küncünə öz loqotipini yerləşdirən şirkət, ana səhifədə “qruplar”, “hamısı”, “oxunmamış” və “kontaktlar” kimi filtrləmə variantlarını da təqdim edəcək.
Fransanın səyləri nəticə göstərdi: Radiasiya yeniləməsi "iPhone"lara gəlib
Fransa radiasiya təhlükəsi səbəbindən “iPhone 12”nin satışı dayandırmışdı. Bununla belə, Apple bu ölkəyə xas proqram yeniləməsini yayımlayıb. Digər tərəfdən, Parisin “iPhone 12” telefonlarının satışını dayandırması, proqram təminatının yenilənməsini tələb edən digər Avropa ölkələrində, o cümlədən Belçikada narahatlıq yaradıb. Belçika tənzimləyicisi “Reuters”ə elektron poçtla göndərilən açıqlamada proqram yeniləməsinin yalnız Fransa ilə məhdudlaşdığını bildirib.
"Apple" Vision Pro planlarında dəyişiklik edir: Daha ucuz model gəlməyə bilər!
“Apple”ın 2025-ci ildə buraxılması gözlənilən Vision Pro qulaqlıqlarının daha sərfəli versiyası üçün planlarından imtina etdiyi bildirilib. Bu xəbər məşhur “Apple” analitiki Ming-Chi Kuo-dan gəlib. Əvvəlki sızıntılar Vision Pro-nun daha ucuz versiyasını təklif etsə də, Kuo bu planların konkret səbəblər göstərilmədən ləğv edildiyini düşünür. O vurğulayır ki, Vision Pro-nun qiyməti aşağı salınmasa, şirkət 2025-ci ildən etibarən tədarüklərdə gözlənilən artıma nail olmaqda çətinlik çəkəcək.
"Binance" Rusiyadakı fəaliyyətini dayandırır
"Binance" aktivlərini sataraq Rusiya bazarından çıxmaq qərarına gəlib. “Binance” tərəfindən edilən yazılı açıqlamada şirkətin Rusiyadakı bütün aktivlərinin “CommEX”ə satılması ilə bağlı razılığın əldə edildiyi bildirilib. Açıqlamada şirkətin Rusiya bazarından tamamilə çıxacağı və çıxış prosesinin 1 il çəkəcəyi qeyd olunub. “Binance” baş kommersiya direktoru Noah Perlman bildirib: "İrəlisi üçün Rusiyada fəaliyyət göstərməyin “Binance”in uyğunluq strategiyasına uyğun olmadığını görürük".
Bu elektrik skuter dəyişdirilə bilən NFT dizaynına sahibdir
Elektrik skuter "Omni" - BMW Designworks Munich və KDM Plus şirkətləri ilə birgə dizayn edilib. Bu skuterlar Z nəslinin zövqləri və istəkləri ətrafında formalaşıb. Gözəçarpan xüsusiyyətlərdən biri "Omni" elektrik skuterinin rənglərinin və qrafiklərinin real vaxt rejimində dəyişdirilə bilməsidir. Bu dəyişiklik avtomobilin idarə panelindən edilir. İstifadəçilər zövqlərindən asılı olaraq istədikləri rəngə keçid edə bilirlər. Konsept dizayn motosikletə xas olan NFT işləri vasitəsilə Z nəslinə özlərini ifadə etmələri üçün fərqli bir yol təqdim edir.