Yaradıcılıq, texnologiya və startap sahələri üzrə gündəmdə olan xəbərləri buradan izləyə bilərsiniz. Bu günün xəbərləri ilə qarşınızdayıq, xoş oxumalar!
"Birbank" metro və avtobuslarda rahat ödəmə imkanı təqdim edir
Artıq ödəmə terminallarının qarşısında gözləməyə ehtiyac yoxdur. Birbank mobil tətbiqində yaradılan QR bilet vasitəsilə paytaxt Bakı və Abşeron ərazisində metro və avtobuslardan istifadə edən sərnişinlər gediş haqlarını fiziki kart olmadan asanlıqla ödəyə bilərlər.
Bunun üçün Birbank mobil tətbiqində “Ödənişlər və köçürmələr” bölməsinə daxil olaraq BakıKart-ı seçmək lazımdır. Daha sonra ödəniş ediləcək kart və məbləği seçib QR bileti yaratmaq olar.
Qeyd etmək lazımdır ki, hər bir QR bilet yalnız bir gediş üçün etibarlıdır. Yaradılan biletin etibarlılıq müddəti 5 dəqiqədir. 5 dəqiqə ərzində biletdən istifadə edilmədiyi halda silinən məbləğ 2 saat ərzində müştərinin balansına geri qaytarılır. Bilet qiymətləri “BakıKart”ın tariflərinə uyğunlaşdırılıb. Sərnişinlər marşrut xəttindən asılı olaraq gediş haqqı məbləğini dəyişə və ya bir neçə QR bilet yarada bilərlər. Yenilikdən istifadə üçün Birbank mobil tətbiqinin ən son versiyada yenilənməsi mütləqdir.
"Sony" və "Honda"nın birgə hazırladığı elektrik avtomobili nə vaxt gəlir?
"Sony" və "Honda" elektrikli avtomobil üçün əhəmiyyətli bir əməkdaşlığa imza atıb. Son məlumatlara görə, "Sony" və "Honda" ortaqlığı ilə dəstəklənən "Afeela" markasının ilk elektrik avtomobili 2026-cı ildə buraxılacaq. "Honda" həmçinin 2027-ci ilə qədər Çin bazarında 10 yeni elektrikli avtomobil təqdim etməyi də hədəfləyir.
"X"in aktiv istifadəçi sayı məlum olub
"Financial Times"ın məlumatına görə, 2024-cü ilin ikinci rübünə "X"in gündəlik aktiv istifadəçilərinin sayı 251 milyona çatıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə cəmi 1,6 % artım deməkdir. Başqa sözlə, platforma bir il ərzində cəmi 4 milyon abunəçi artırıb. Musk 2022-ci ilin noyabrında aktiv istifadəçilərin sayının 259 milyona çatdığını göstərən bir yazı paylaşmışdı. İndiki 251 milyon məlumat şirkət satln alındıqdan sonra istifadəçi sayının azaldığını göstərir.
"Instagram" uzun videolar ilə vidalaşır?
"Instagram"ın baş direktoru Adam Mosseri qısa videolara diqqət yetirərək, uzun formatlı videoların platformaya uyğun olmadığını qeyd edib. Mosseri qısa videoların dostlarla qarşılıqlı əlaqə prosesini gücləndirdiyini vurğulayıb. O bildirib ki, uzun videolar platformanın şəxsiyyətinə xələl gətirə bilər.
Bununla belə, o qeyd edib ki, uzun formatlı videolar istifadəçilərin dostları ilə qarşılıqlı əlaqəsini azalda bilər, bu da onların məzmun paylaşma ehtimalını azaldır.
Dünyanın ilk AI gözəllik yarışmasının qalibi açıqlanıb
Dünyanın ilk süni intellektli gözəllik yarışmasının nəticələri açıqlanıb. "Fanvue Miss AI" müsabiqəsi birincilik tacı uğrunda mübarizə aparan “rəqəmsal gözəllləri” nümayiş etdirmək üçün dünyanın bir çox yerindən süni intellekt yaradıcılarını bir araya gətirib. Finalçılar arasında iki türk AI gözəlinin yer aldığı yarışmada mərakeşli Kenza Layli birinci olub.