"

DARPA”, ABŞ-nin dünyadakı hərbi bazalarını, demək olar ki, fasiləsiz enerji ilə təmin etmək üçün simsiz enerji ötürülməsi infrastrukturunu qurmağı planlaşdırır. “Popular Mechanics”in xəbər verdiyi kimi, elektrik enerjisinin planet ətrafında dövriyyəsi üçün lazer texnologiyasından istifadə olunacaq.
Nikola Teslanın 100 ildən də çox arzusunda olduğu “POWER” adlı bu texnologiya uğurlu olarsa, ABŞ ordusunda dizel və benzin kimi maye yanacaqlardan istifadəyə tələbat azalacaq.

DARPA, Nikola Tesla'nın hayalini gerçeğe dönüştürüyor

“DARPA” bütün digər layihələrdə olduğu kimi “POWER” layihəsində də onun nəzəri mümkünlüyünü nümayiş etdirməlidir. Nəzəri cəhətdən sübuta yetirilən layihədən sonra digər aidiyyəti təşkilatlar da bu proyektlə yaxından tanış ola biləcəklər. Bundan əlavə, “POWER”in əldə edilməsinin - çətin olan kənd yerlərini, tədqiqat obyektlərini və digər sahələri enerji ilə təmin etmək kimi ciddi kommersiya faydaları ola bilər.

DARPA, Nikola Tesla'nın hayalini gerçeğe dönüştürüyor

“Twitter Web”də giriş problemləri yaşanıb: istifadəçilər sayta daxil ola bilməyiblər.

Bu gün dünya üzrə bir çox istifadəçi “Twitter”in veb-saytına giriş problemləri ilə bağlı məlumat paylaşıb. “Down Detector” bazasına baxılan zaman, bütün dünyada “Twitter” ilə bağlı şikayətlərin artdığı gözdən yayınmayıb.
“Twitter” istifadəçiləri deyirlər ki, internetdə açıq hesablar birdən bağlanır və yenidən daxil olmaq istədikdə, hesabdan çıxılır. Masaüstü proqramlarda və mobil tətbiqlərdə belə bir problemlə üzləşilməyib.

“iPhone 14 Pro”nun "Dynamic Island" xüsusiyyəti "Mac" və "iPad"lərə də gələ bilər

“Apple” keçən il təqdim etdiyi “iPhone 14” seriyasının Pro modelləri ilə birlikdə “Dynamic Island” adlı yeni bir xüsusiyyət təqdim etmişdi. İstifadəçilər tərəfindən yüksək qiymətləndirilən bu xüsusiyyət, bildirişlərdən tutmuş, musiqi idarəetmələrinədək bir çox faydalı funksiyaya malik olmaqla yanaşı, iPhone-lara yeni bir imic qazandırmışdı. İndi “iPhone 15” seriyasında görməyə davam edəcəyimiz “Dynamic Island” haqqında bəzi mühüm iddialar irəli sürülüb. Bu iddialara görə, “Apple” gələcəkdə bu xüsusiyyəti “iPad” və “Mac” də daxil olmaqla, bir çox cihaza gətirmək istəyir. Təbii ki, bütün bunlar hələlik sırf iddiadır və heç bir rəsmi açıqlamaya əsaslanmır.

“Toyota CEO”sundan avtomobil həvəskarlarını həyəcanlandıran açıqlama.

“Toyota” markası çox mühüm dəyişiklik prosesindən keçir. Şirkətin qurucusu Kiichiro Toyodanın nəvəsi olan və “Toyota”nın icraçı direktoru vəzifəsini icra edən Akio Toyoda işini tərk etdikdən sonra, Koji Sato brendin yeni icraçı direktoru təyin edilib. Koji Satonun gəlişi ilə Yaponiya istehsalçısının elektrik avtomobillərinə keçidi baş tutub. Ancaq K.Sato verdiyi açıqlamada idman avtomobil sevərlərini unutmadıqlarını bildirib. Məlum olduğu kimi, Toyota GRYarisGR Corolla ilə heçbek bazarına güclü bir giriş edib. Xüsusilə, Yaris GR ilə bütün diqqətləri üzərinə çəkən şirkətin yeni icraçı direktoru “Gazoo Racing” modellərinin seriyasını davam etdirəcəklərini açıqlayıb.

Bununla belə, Toyota hazırda “GR Yaris”, “GR Corolla”, “GR86” və “GR Supra” modellərinə malikdir. Gələcəkdə “Toyota”nın digər seqmentlər üçün də “Gazoo Racing” versiyalarını buraxacağı gözlənilir. Bu modellərdən biri “GR” loqosu olan pikap ola bilər. Digər bir ehtimal isə yapon istehsalçısının ikonik “MR2” modelidir. Arxa mühərrikli əsl həzz maşını olan “MR2”nin geri qaytarılması bir çox avtomobil həvəskarlarını sevindirəcək. Təəssüf ki, hələlik bununla bağlı rəsmi açıqlama yoxdur.

Görəsən, “AI”ya güvənmək olar? Məlumatların təhlükəsizliyində SSD-lərdən istifadə olunmağa başlayacaq.

Yapay Zeka

“Cigent Secure SSD Plus” seriyasının süni intellektlə dəstəklənən SSD diskləri arxa planda oxuma-yazma proseslərinə davamlı olaraq nəzarət edən modulla işləyəcək. Müvafiq modul süni intellekt alqoritmləri ilə qiymətləndirdiyi əməliyyatları şübhəli hesab edərsə, əlavə tədbirlərin görülməsini təmin edəcək. Bundan əlavə, “machine learning” dəstəyi sayəsində istifadəçi davranışları uzun müddətdə öyrəniləcək və süni intellektin işinə töhfə verəcək. “Cigent Secure SSD Plus” seriyasının süni intellektlə dəstəklənən disklərinin bütün detalları hələ açıqlanmayıb. Bu ay təqdim edilməsi gözlənilən SSD disklər təqdim olunduqdan qısa müddət sonra satışa çıxarılacaq.

Veri Güvenliği

Çin səhrada nəhəng günəş elektrik stansiyasını işə saldı.

Çin, çöle kurduğu dev güneş enerjisi tesisini devreye aldı

Çin son illərdə bərpa olunan enerji mənbələrinə rekord sərmayələr qoyur. Bu investisiyaların ən mühümlərindən biri də bu yaxınlarda baş tutdu. Çinin Tenqer səhrasında yerləşən bu ərazi ölkədə quraq ərazilərdə tikilib istifadəyə verilən ilk sahə oldu. Bir hissəsi artıq istifadəyə verilmiş bu sahənin eyni zamanda dünyanın və Çinin 2-ci ən böyük günəş elektrik stansiyası olduğunu deyə bilərik. Çin Qobi səhrasının cənubunda yerləşən Tenqer səhrasındakı günəş və külək layihəsinin 1-ci mərhələsini şəbəkəyə birləşdirib. Tenqer səhrası layihəsi ilə Çin ümumi günəş enerjisi gücünü 3 GVt-a çatdırmağı hədəfləyir. İstifadəyə verilən layihənin 1-ci mərhələsi 1 GVt gücə malikdir.

Çin, çöl bölgelerinde 450GW rüzgar ve güneş enerjisi planlıyor |  DonanımHaber

Bu hissə hər il 1,8 milyard kilovat-saat enerji istehsal edəcək ki, bu da hər il 1,5 milyon ev təsərrüfatının elektrik enerjisinə olan tələbatına bərabərdir. Bu regionda layihələrin ümumi investisiyası 12,28 milyard dollar, ümumi quraşdırılmış elektrik enerjisi isə 13 milyon kVt olacaq. Günəş elektrik stansiyası tam gücü ilə istifadəyə verildikdə ildə 5,78 milyard kilovat-saat enerji istehsal edəcək. Hazırda dünyanın ən böyük işlək günəş elektrik stansiyası Çində yerləşir. Tenqer səhrasında yerləşən yeni qurğu hazırda dünyanın 2-ci ən böyük günəş elektrik stansiyasıdır. 

“Google” AirTag-ə rəqib “Nest Locator Tag” cihazını hazırlayır.

“Apple” ekosistemində rahat işləyən izləmə cihazı “AirTag”in Android tərəfdən ciddi rəqibləri yoxdur. Bu məhsul boşluğunu doldurmaq üçün işə başlayan “Google”, Android, ChromeOS cihazları və Chrome brauzerləri ilə asanlıqla izlənilə bilən cihaz hazırlayır. Bilinən budur ki, Google “Fonts” arxivinə “Nest Locator Tag” adlı cihaz üçün ikon əlavə edib. Belə bir cihaz “Google” tərəfindən satılmasa da, cihazın adı və simvolu “Google”un iddia edilən izləmə cihazına, yəni “Nest Locator Tag”a işarə edir. Keçən aylarda “Nest” komandasının “grogu” kod adı olan izləmə cihazı üzərində işlədiyi bildirilir. Dizaynının “Nest Secure” sistemində istifadə edilən “Nest Tag”ə bənzəyəcəyi gözlənilən izləyici, çox güman ki, UWBBluetooth Low Energy bağlantılarını dəstəkləyəcək. Şirkətin Android ekosistemində əhəmiyyətli bir yer tutacağı gözlənilən “Locator Tag”, yəqin ki, gələn ay keçiriləcək “I/O Developer” tədbirində təqdim ediləcək.

“Microsoft Edge” artıq dünyanın 2-ci masaüstü brauzeri deyil.

“Statcounter”in 2023-cü ilin aprel hesabatına görə, “Microsoft Edge” artıq dünyanın 2-ci ən populyar masaüstü brauzeri deyil. Ən son məlumatlara görə, “Apple Safari” Microsoft-un “Edge” brauzerini geridə qoyub. Açıqlanan məlumata görə, “Safar”i əvvəlki ayla müqayisədə bazar payını 0,95 xal artıraraq, 11,87 %-ə çatıb. Bir ilə yaxındır 11%-i keçmək üçün mübarizə aparan “Edge” hazırda 3-cü yerdədir. Aprel ayında “Edge” 0,15 bal itirib, “Chrome” isə əvvəlki ayla müqayisədə 0,36 zal yüksələrək, 66,13%-də qərarlaşıb. Ən çox istifadə olunan brauzerlərin siyahısı bunlardır:

  1. Google Chrome - %66,13;
  2. Apple Safari - 11,87%;
  3. Microsoft Edge - %11;
  4. Firefox - %5,65;
  5. Opera - %3,09.

Posted 
May 2, 2023
 in 
Daily
 category

Daha çox

Daily

 kateqoriyasından

View All