Yaradıcılıq, texnologiyastartap sahələri üzrə gündəmdə olan xəbərləri buradan izləyə bilərsiniz. Bu günün xəbərləri ilə qarşınızdayıq, xoş oxumalar!

COP29-la əlaqəli “Fərqlilik yaradanlar” adlı qlobal kampaniyaya başlanılıb

COP29-la əlaqəli “Fərqlilik yaradanlar” adlı qlobal kampaniyaya başlanılıb

Bu barədə elanı BMT-nin İqlim dəyişmələri üzrə yüksək səviyyəli çempionu Nigar Arpadarai verib. O, kampaniyanın iqlim dəyişmələrinə qarşı mübarizə sahəsində yenilikçi ideyaları olan müxtəlif regionalardan fərdlərin və novatorların həyata keçirdiyi layihələri və fəaliyyətlərini işıqlandırmaq üçün olduğunu diqqətə çatdırıb.

“Fərqlilik yaradanlar” kampaniyası çərçivəsində sosial sahibkarların, icma nümayəndələrinin və startap ideyaları olan fərdlərin layihələri seçilərək müxtəlif platformalarda nümayiş etdiriləcək.

Kampaniyanın məqsədi hər bir fərdin ətraf mühitə müsbət təsir edəcək fəaliyyət göstərmək iqtidarında olduğunu göstərmək, hər kəsi iqlim dəyişmələrinə qarşı mübarizəyə qoşulmağa çağırmaq və ruhlandırmaqdır.

Kampaniya zamanı seçiləcək layihələr həm onlayn platformalarda, həm də Azərbaycanda keçiriləcək COP29 zamanı “Fərqlilik yaradanlar” sərgisi çərçivəsində təqdim olunacaq.

"PS5 Pro" bir müddət yalnız "PS Direct" ilə satılacaq

"Sony" tərəfindən edilən yeni açıqlamaya görə, "PS5 Pro" ön sifarişləri yalnız "Sony"nin öz satış platforması "PS Direct" vasitəsilə həyata keçiriləcək. Bu, "PS Direct"in aktiv olduğu ölkələrdə keçərli olacaq və digər pərakəndə satış şirkətləri oktyabrın 10-na kimi deaktiv ediləcək.

"Steam" ilə oyun paylaşmaq daha da asanlaşıb

Steam News - Introducing Steam Families - Steam News

"Steam Families" adlı yepyeni bir xüsusiyyət təqdim olunub. Daha əvvəl beta versiyada sınaqdan keçirilmiş bu yeni funksiya indi bütün istifadəçilər üçün əlçatandır. Bu yenilik xüsusən də ailə üzvləri arasında oyun mübadiləsini asanlaşdırmaq üçün nəzərdə tutulub.

"Galaxy Store"dan istifadə etmək üçün "Samsung" hesabı məcburi olacaq

Rəsmi olaraq verilən məlumata görə, 25 sentyabrdan sonra "Galaxy Store"dan istifadə etmək üçün "Samsung" hesabı məcburi olacaq. Hazırda isə proqramların yüklənməsi və yüklənmiş proqramların yenilənməsi prosesi zamanı istifadəçilərdən hesaba daxil olmaq tələb olunmur.

"Adobe" yeni AI ilə işləyən video alətlərini nümayiş etdirib

"Adobe" məhsuldar süni intellekt tərəfindən dəstəklənən yeni video alətlərini nümayiş etdirib. Şirkət qarşıdakı aylarda bu modellər əsasında qabaqcıl “Firefly” video modellərini və kreativ video alətlərini təqdim edəcək.

Posted 
Sep 12, 2024
 in 
Daily
 category

Daha çox

Daily

 kateqoriyasından

View All