Yaradıcılıq, texnologiya startap sahələri üzrə gündəmdə olan xəbərləri buradan izləyə bilərsiniz. Bu günün xəbərləri ilə qarşınızdayıq, xoş oxumalar!

Çin ChatGPT-dən güclü çatbot hazırlayıb

ERNIE 4.0 Available for Invited Testing | Baidu World 2023 - YouTube

Baidu şirkəti Ernie 4.0 adlı yeni botunu təqdim edib. Şirkət Ernie adlı çatbotunda mühüm dəyişikliklər etdiyini açıqlayıb. Ernie 4.0 ilə bir nəfər bütün komandanızın işini görə biləcək. GPT-4 modelinə rəqib olaraq hazırlanmış Ernie 4.0, Baidu World 2023-də təqdim edildi. Keçən sentyabr ayından bəri çatbotda 30% ümumi performans artımı qeyd olunub.

Yeni iMac modelləri 2024 və 2025-ci illərdə çıxa bilər

iMac features all-new design in vibrant colors, M1 chip, and 4.5K Retina  display - Apple

Apple analitiki Ming-Chi Kuonun iddiasına görə, gözlənilən yeni iMac modelləri 2024 və 2025-ci illərdə satışa çıxa bilər. Onun sözlərinə görə, böyük ehtimalla M3 prosessoru əsasında qurulacaq yeni 24 düymlük iMac modeli 2024-cü ildə satışa çıxarılacaq. Çox tələb olunan 32 düymlük iMac ekranı üçün isə 2025-ci ilə qədər gözləməli olacağıq.

Chrome artıq iOS və Android-də URL səhvlərini aşkar edəcək

Make Google Chrome run faster with these 9 tips and tweaks | PCWorld

Google Chrome-un iOS və Android versiyalarına gələcək yeni funksiya səhv yazılmış URL-ni avtomatik düzəldəcək. Şirkət Chrome-un mobil versiyaları üçün olan bu yeni xüsusiyyətini bu ilin əvvəlində təklif etmişdi. Bu yeni funksiya istifadəçilərin səhv URL daxil etdikdə fərqli saytlara keçid etməsinin qarşısını ala biləcək.

Activision Blizzard oyunları Xbox Game Pass-a nə vaxt gələcək?

Xbox says not to expect surprise Activision Blizzard Game Pass drops this  year | VGC

Son bir neçə gündür ki, oyun dünyasının yeganə gündəmi Microsoft-un Activision Blizzard-ı satın alması oldu. 2 ilə yaxındır gündəmdə olan məsələ oktyabrın 13-ü rəsmi olaraq yekunlaşdı. Ötən gün yayımlanan podkastda Phil Spencer Activision Blizzard oyunlarının 2024-cü ildən əvvəl Xbox Game Pass-a əlavə olunmayacağını bildirib.

Dünyanın ilk günəş enerjisi ilə işləyən yolsuzluq avtomobili: Stella Terra

 Stella Terra Solar-Powered EV Drives 621 Miles In Sahara Desert On Sunshine Alone

Dünyanın ilk günəş enerjisi ilə işləyən yolsuzluq avtomobili Stella Terra sınaq sürüşünə çıxıb. Sınaq zamanı şarj stansiyasının olmadığı yerlərdə yalnız günəş enerjisi dəstəyi ilə 1000 km-lik bir sürüş məsafəsi qət edilib. Açıqlamaya görə, komanda bu sınaq sürüşünə qədər avtomobilin 630 km gedə biləcəyini hesablayıb. Lakin sınaqlardan sonra məlum olub ki, avtomobil günəşli günlərdə və normal yollarda 710 km məsafə qət edə edir.

Adobe interaktiv paltarını təqdim etdi

Adobe MAX 2023 tədbirində 11 yeni süni intellektli alət və funksiyalarını təqdim etdi. Bu layihələr generativ süni intellekt və 3D texnologiyalarının maraqlı, yaradıcı istifadələrini vurğulayan yeniliklər idi. Bu 11 layihə arasında ən çox danışılanlardan biri Project Primrose idi. Bu texnologiya geyimin üzərindəki naxışları müxtəlif formalarda dəyişməyə imkan verir.

Posted 
Oct 18, 2023
 in 
Daily
 category

Daha çox

Daily

 kateqoriyasından

View All