Yaradıcılıq, texnologiya və startap sahələri üzrə gündəmdə olan xəbərləri buradan izləyə bilərsiniz. Bu günün xəbərləri ilə qarşınızdayıq, xoş oxumalar!
"Visa" və "Mastercard" birgə müqavilə bağlayıb
Visa və Mastercard ABŞ-də kredit və debet kartı haqlarını aşağı salacaq və pərakəndə satış şirkətlərinə təqribən 30 milyard dollar qənaət təmin edəcək antiinhisar müqaviləsi bağladıqlarını açıqlayıblar.
Visa-nın açıqlamasında, təxminən 20 il davam edən məhkəmə çəkişmələrindən sonra şirkətin 90 %-dən çoxu kiçik biznes olan pərakəndə satıcılar ilə kredit və debet kartı haqlarının azaldılması və 2030-cu ilə qədər məhdudlaşdırılması ilə bağlı mühüm razılaşma əldə edildiyi qeyd edilib. Mastercard-dan verilən açıqlamada, şirkətin pərakəndə satış şirkətləri ilə kredit kartı haqlarının minimum 5 il azaldılması üçün razılığa gəldiyi qeyd edilib. Əgər antiinhisar müqaviləsi məhkəmə tərəfindən təsdiqlənərsə, 2005-ci ildə ölkə üzrə qaldırılan iddiaların əksəriyyəti öz həllini tapacaq.
"Google"un süni intellekti indi sizin yerinizə mesaj yazacaq!
Google öz süni intellekt robotu Gemini-ni öz məhsul və xidmətlərinə inteqrasiya etməyə başladı. Bir müddət əvvəl Docs və Gmail üçün yazı köməkçisi kimi təqdim edilən Gemini çatbotu indi Google Messages tətbiqində sınaqdan keçirilir. Son aylarda elan edilən Gemini artıq daha çox istifadəçinin istifadəsinə verilib. Google bəzi Pixel və Samsung Galaxy modellərində Gemini-ni sınaqdan keçirir. Bununla belə, Gemini-nin təqdimatı hələ sınaq mərhələsindədir və hələlik Google Messages beta istifadəçiləri ilə məhdudlaşır. Google sözçüsü, süni intellekt köməkçisinin mövcudluğunu zamanla daha çox Android cihazına genişləndirmək istədiyini bildirib.
"Canva" "Adobe"a rəqib olur
Canva-nın çərşənbə axşamı elan etdiyi razılaşma ilə şirkət Affinity Designer, Photo və Publisher proqramlarının sahibi olub. Bu proqramlar Windows, Mac və iPad cihazlarında Adobe-nin Illustrator, Photoshop və InDesign proqramlarına alternativ olaraq istifadə olunur. Müqavilənin dəyəri məlum olmasa da, Bloomberg sözügedən sövdələşmənin dəyərinin "bir neçə yüz milyon funt sterlinq" olduğunu irəli sürüb. Yanvar ayında 170 milyon istifadəçiyə çatan Canva bir çox insanın seçimi olsa da, onun illüstratorlar, dizaynerlər, fotoqraflar və digər peşəkarlar üçün xüsusi proqramları yox idi. Bu baxımdan, Affinity-ni satın alması Canva istifadəçi sayını geniş miqdarda artıra bilər.
Disney+ loqosu dəyişdi
Disney Plus yeni Hulu loqotipinə malikdir. Məşhur rəqəmsal yayım platforması Disney+ loqosunu dəyişib. Qeyd edək ki, 2019-cu ildə fəaliyyətə başlayan Disney+ həmin ildən eyni loqodan istifadə edir. Yeni loqonun rəngində dəyişiklik edilsə də, “Disney+” mətnində şrift dəyişikliyi edilməyib.
Elon Musk "X" abunəçilərinə müraciət edib
Elon Musk "X"də etdiyi paylaşımda Grok süni intellekt çatbotunu istifadəçilərə təqdim edəcəyini açıqlayıb. Qeyd edək ki, bu süni intellekt vasitəsindən yalnız X premium istifadəçiləri yararlana biləcək. Əvvəllər paylaşılan məlumatlara nəzər salsaq, platformada istifadəçi və abunəçilərin sayında ciddi azalma müşahidə olunub. Elon Musk həmçinin X-ə bir çox yeni xüsusiyyətlər gətirərək, mövcud istifadəçiləri saxlamağa və itirilmiş istifadəçiləri qazanmağa çalışır.