Yaradıcılıq, texnologiya startap sahələri üzrə gündəmdə olan xəbərləri buradan izləyə bilərsiniz. Bu günün xəbərləri ilə qarşınızdayıq, xoş oxumalar!

Azərbaycanda startaplara dəstək üçün eyniləşdirmə fondu yaradılacaq

Azərbaycanda startaplara dəstək üçün eyniləşdirmə fondu yaradılacaq

Bu ilin sonuna kimi Azərbaycanda startaplara dəstək üçün eyniləşdirmə fondu yaradılacaq.

Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İnnovasiya ekosistemi departamentinin müdiri Yevgeniya Bikmurzina İRİA-nın 2023-cü ilin yekunları və 2024-cü ilin hədəflərinə dair mətbuat konfransında bildirib:

"Cari ilin hədəflərinə mələk investorlar və vençur fondlar tərəfindən 38 investiya sövdələşməsi və mələk investorlar üçün daha bir klubun fəaliyyətə başlaması daxildir".

Departament rəhbəri vurğulayıb ki, startaplara investiya etmək riskli sayılır: "Bu cür investorları stimullaşdırmaq üçün adıçəkilən mexanizmin yaradılması nəzərdə tutulur. Belə ki, biznez mələk investor hansısa bir startapa məsələn 5 min manat civarında yatırım edirsə, dövlət həmin məbləğin 100 %-ni eyni startapa yatırım edir. Bu, xüsusilə ilkin mərhələdə olan startaplar üçün bu cür mexanizm daha böyük investiya almaq və öz məhsulunu təkmilləşdirmək deməkdir, investor üçün isə risklərin bir növ dövlətlə bölüşməsi anlamına gəlir".

Xatırladaq ki, Azərbaycanda “Caucasus Ventures” adlı ilk vençur fondu 2022-ci ildə yaradılıb.

Mələk investorlar daha kiçik məbləğlərdə startaplara yardım göstərirlər. Hesaqb olunur ki, ölkədə mələk investorların sayının artması startaplara böyük dəstək olacaq. Bu səbəbdən "Technovate-Sabah” klubu Azərbaycanda mələk investor olmaq istəyənlər üçün məktəb açıb.

Bakıdan Ələtə sürət qatarlarının işləməsi təklif edilir

Bakıdan Ələtə sürət qatarlarının işləməsi təklif edilir

Bakıdan Qaradağ rayonunun Ələt qəsəbəsinə sürət qatarlarının işləməsi təklif olunur. Bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində keçirilən ictimai dinləmələrdə deputat Aydın Hüseynov çıxış edib. "Bu istiqamətdə yollar, dayanacaqlar hazırdır", - deyə o qeyd edib.

Metropolitenə bu il 35 qatarın gətirilməsi gözlənilir

Baku Metro - Wikipedia

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində keçirilən ictimai dinləmədə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov bildirib: 20 Yanvar” layihəsinə 7 bağlantı, 7 yol qovşağı ilə birlikdə baxırıq”. O qeyd edib ki, cari il ərzində qatar parkının sayı 2 dəfə artacaq: “Metropolitenə bu il 35 qatarın gətirilməsi gözlənilir. Bu da problemlərin həllinə yönələcək”.

Bakıda avtoparklarla bağlı yeni sistem tətbiq ediləcək

Avtopark vergi və rüsumlar çox olduğu üçün yenilənmir”

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində keçirilən ictimai dinləmədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi İdarə Heyətinin sədri Anar Rzayev qeyd edib ki, 14 mindən çox taksi sürücüsü AYNA-nın təlimlərinə cəlb edilib. O qeyd edib ki, parklanma həm də şəhər mərkəzinə ediləcək nəqliyyat səfərləri sayının azalmasına yönəlib: “Parklanma tətbiq etdiyimiz küçələr daha səliqəli olub”. Sədr vurğulayıb ki, Bakıda kifayət qədər avtoparklar olsa da, onlar arasında əlaqəlilik zəifdir.

Bakıda metrobuslardan istifadə edilməsi təklif olunur

Bakıda tramvay və metrobus təşkil olunacaq

Bakı-Sumqayıt yolunda metrobuslardan istifadə edilə bilər. Bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində keçirilən ictimai dinləmələrdə deputat Müşfiq Cəfərov bildirib. "Metrobuslarırn fəaliyyəti metronun "Dərnəgül""Koroğlu" stansiyaları istiqamətində, eləcə də Bakının digər ərazilərində təşkil edilə bilər", - deyə o qeyd edib.

Posted 
Mar 11, 2024
 in 
Daily
 category

Daha çox

Daily

 kateqoriyasından

View All