Yaradıcılıq, texnologiya startap sahələri üzrə gündəmdə olan xəbərləri buradan izləyə bilərsiniz. Bu günün xəbərləri ilə qarşınızdayıq, xoş oxumalar!

Bakıda bu il 100 yeni elektrikli avtobus istismara veriləcək

İlk 100% elektrik “BYD” avtobusu artıq Bakıda - ISR HOLDING

Bu ilin sonuna qədər Bakıda 100 yeni elektrikli avtobusun istismara verilməsi planlaşdırılır.

Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev Bakıda Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın təşkilatçılığı ilə keçirilən “Biznes mühitinin yaxşılaşdırılması üzrə iqtisadi islahatlar və müasir çağırışlar” mövzusunda konfransda bildirib.

"Avtobus parkı yenilənəcək, yeni velosiped yolları salınacaq. Nazirliyə məxsus "Bakı Taksi Xidməti" MMC-yə isə 150 ədəd elektrik mühərrikli taksi alınması nəzərdə tutulur", - deyə o qeyd edib.

"X"də pul göndərmək mümkün olacaq!

Elon Musk Aims to Transform "X" (Formerly Twitter) into a Financial Center  | The Gaze

"X" hər şeyin tətbiqi olmaq yolunda işləri sürətləndirməyə davam edir. Elon Musk-ın açıqlamasına görə, "X" tezliklə Nyu-Yorkda pul köçürmə lisenziyası üçün təsdiq ala biləcək və tətbiq vasitəsilə pul köçürmə əməliyyatları aparmaq mümkün olacaq.

Elon Musk "X"də edəcəyi yeni bir dəyişikliyi elan edib

Elon Musk and the letter X, the name for his everything app : NPR

Elon Musk "X"ə gələ biləcək yeni bir xüsusiyyət açıqladı. Qeyd olunub ki, platforma gələcəkdə paylaşımların nə qədər bəyəni aldığını və nə qədər istifadəçi tərəfindən yenidən paylaşıldığını (retweet) göstərməyəcək. Bu funksiyanın nə vaxt istifadəyə veriləcəyi isə hələlik məlum deyil.

Keçmiş "Google" mühəndisi şirkətin süni intellekt sirlərini oğurlayıb

Google Data Studio now gains 16 months of Search Analytics data

Keçmiş “Google” mühəndisi şirkətin süni intellekt ticarət sirlərini ehtiva edən 500-dən çox faylı oğurladığına və bu məlumatlardan Çindəki rəqib texnologiya şirkətinin xeyrinə istifadə etdiyinə görə həbs edilib. Linwei Ding tərəfindən oğurlanan sənədlər “Google”un süni intellekt infrastrukturunun çox vacib məqamlarını ehtiva edir. Dörd dəfə kommersiya sirrini oğurlamaqda günahlandırılan Ding həbs edilib.

"Tesla"nın bazar dəyəri böyük həcmdə düşüb

Tesla becomes world's most valuable carmaker without making a profit | Tesla  | The Guardian

Müəyyən səbəblərdən "Tesla"nın bazar dəyərində ciddi azalma olub. 28 fevral tarixinə baxdığımızda "Tesla"nın bazar dəyərinin tam olaraq 643,46 milyard dollar olduğunu görürük. Ancaq düz bir həftə sonra, martın 6-da bu dəyər 566 milyard dollara qədər azalıb.

Posted 
Mar 7, 2024
 in 
Daily
 category

Daha çox

Daily

 kateqoriyasından

View All